Əfqanıstanda hərbi sursatın partlaması nəticəsində 5 uşaq həlak olub
Bakı, 29 aprel, AZƏRTAC
Əfqanıstanın Vardak əyalətinin Saydabad rayonunda hərbi sursatın partlaması nəticəsində 5 uşaq ölüb, ikisi yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın Pajhvok agentliyi əyalətin səhiyyə departamentinin məlumatlarına istinadən məlumat yayıb.
Ölən və yaralananların yaşı 12-dən çox deyil. Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq partlamamış hərbi sursatlar nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntıları yığarkən həlak olurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]