Əfqanıstanda “Taliban” hərəkatı ilə toqquşmalar nəticəsində iki hərbçi həlak olub
Bakı, 25 avqust, AZƏRTAC
Əfqanıstanın Pərvan əyalətində “Taliban” hərəkatının silahlıları ilə toqquşmalar nəticəsində təhlükəsizlik qüvvələrinin ən az iki əməkdaşı həlak olub.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Döyüşlər nəticəsində, həmçinin “Taliban” hərəkatının altı döyüşçüsünün öldürüldüyü iddia olunur.
Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]