EKOL–“Liman” oyunu ən çox qolun vurulduğu üçüncü matç kimi tarixə düşüb
Bakı, 23 fevral, AZƏRTAC
Futzal üzrə Yüksək Liqanın XIX turunun sonuncu matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb.
AZƏRTAC xəbər verir ki, cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı matç çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdır. Belə ki, ən çox qolun vurulduğu oyun 2010/2011-ci il mövsümündə olub. “Araz”-“Azecolab” dueli 54:4 hesabı ilə yekunlaşıb. Görüşdə ümumilikdə 58 qol vurulub. İkinci yerdə isə EKOL-“Saray” qarşılaşması yer alır. 2009/2010-cu il mövsümündə keçirilmiş matç 57:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Bu oyun məhsuldarlığa görə ikinci, fərqə görə isə birinci yerdə qərarlaşıb.
EKOL-“Liman” oyununda isə 42 qol vurulub. EKOL-un 38 qoluna “Liman” 4 dəfə qarşılıq verib. Yeri gəlmişkən, hazırkı çempionatın arxada qalan oyunlarının heç birində 34 top fərqi qeydə alınmayıb. Onu da qeyd edək ki, 34 top fərqli qələbə çempionatlar tarixində 10-cu sıradadır. Ən fərqli hesab isə elə EKOL-a məxsusdur - 57 top.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]