Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“EKOLOGİYA İLİ” ÇƏRÇİVƏSİNDƏ BAKININ BİR SIRA RAYONLARINDA AĞACƏKMƏ KAMPANİYASI KEÇİRİLMİŞDİR

Bakı, 3 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə əlaqədar aprelin 3-də Bakının bir sıra rayonlarında növbəti ağacəkmə aksiyaları keçirilmişdir.

Nəsimi rayonu. Paytaxtın Nəsimi rayonunda dövlətimizin başçısının yaşıllıqların qorunması, ağacların əkilməsi və ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq idarə, müəssisə və təşkilatların nümayəndələri böyük mütəşəkkilliklə iməciliyə çıxmışlar. Səməd Vurğun, Ənvər Qasımzadə, Dilarə Seyidzadə küçələrində, eləcə də Tbilisi prospektində 300-dən artıq həmişəyaşıl və dekorativ ağac, gül kolu əkilmişdir. Rayonun mindən çox sakininin iştirak etdiyi iməcilikdə yeni əkilən ağaclara, eləcə də mövcud yaşıllıqlara qulluq göstərilmiş, park və xiyabanlarda, məhəllə və həyətlərdə abadlıq, quruculuq işləri aparılmışdır.

X X X

Nərimanov rayonu. Nərimanov rayonunda da abadlıq və quruculuq işləri davam etmişdir. Rayonun ayrı-ayrı idarə, müəssisə kollektivləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Heydər Əliyev prospektində 160-dan çox ağac və gül kolu əkilmişdir. İtaliyadan gətirilmiş 6 metr hündürlüyündə dekorativ ağaclar göz oxşayır. Rayondakı Bağça-Məktəb -Lisey Kompleksinin həyətində də abadlıq işləri görülmüşdür. Rayonda “abad məhəllə” layihəsinə də start verilmişdir. “Azadlıq” prospekti, 151 ünvanındakı həyətlərdə əhalinin istirahəti üçün kiçik park və mini - futbol meydançası da istifadəyə verilmişdir. Kiçik yaşlı uşaqlar üçün əyləncə qurğuları quraşdırılmışdır. Bu ilin sonunadək rayonda 20 minədək ağacın əkilməsi nəzərdə tutulmuşdur.

X X X

Yasamal rayonu. Yasamal rayonundakı Mətbuat prospekti, Firudun Ağayev və Məmməd Rahim küçələri arasındakı 1500 kvadratmetr ərazidə iməcilik işləri aparılmış, 500-dən çox ağac tingi əkilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin də iştirak etdiyi tədbirdə 400-ə yaxın zeytun və sərv ağacı əkilmiş, onların suvarılması təmin edilmişdir.

Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində rayonda binaların həyətlərinin abadlaşdırılmasına da başlanmışdır. Nazim Hikmət küçəsi, 25 nömrəli evin 2 min 400 kvadratmetrlik həyətində abadlıq işləri aparılmışdır. Ərazidə zeytun və küknar ağacları əkilmişdir. Akim Abbasov küçəsindəki yaşayış binalarının həyətlərində də 1200 kvadratmetr sahədə ağac tingləri əkilmiş, sakinlərin və uşaqların istirahəti üçün şərait yaradılmışdır. Bundan əlavə, Şərifzadə küçəsindəki bəzi binaların həyətlərində də abadlıq işləri görülmüş, vətəndaşların qanunsuz zəbt etdiyi torpaq sahələrinin hasarları sökülmüşdür.

X X X

Xətai rayonu. “Ekologiya ili” çərçivəsində Xətai rayonunda da ağacəkmə kampaniyası davam etmişdir. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun da qatıldığı aksiyada ümumilikdə 2 min nəfər iştirak etmişdir. Rayonda üç mindən çox ağac və kol əkilmişdir. Kampaniya rayonun Nobel və Babək prospektlərində, Zığ rayonunda, eləcə də Heydər Əliyev parkında, Yusif Səfərov küçəsində və digər ərazilərdə aparılmışdır. Burada müxtəlif növ ağaclar, o cümlədən, küknar, Eldar şamı və Xan çinarı əkilmişdir. Quruyan ağaclar yeniləri ilə əvəzlənmişdir. Ağacların inkişafı üçün gübrələr verilmiş və yeni su xətti çəkilmişdir. Ərazi zibilliklərdən təmizlənmişdir. Rayonun florasının zənginləşdirilməsi məqsədi ilə xarici ölkələrdən, o cümlədən Bolqarıstan, İspaniya və İtaliyadan ağaclar gətirilmişdir.

Aksiyada rayonun təhsil, səhiyyə və digər müəssisələrinin nümayəndələri ilə yanaşı, sakinlər də iştirak etmişlər.

X X X

Nizami rayonu. Dövlətimizin başçısının təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Nizami bələdiyyəsi tərəfindən ağacəkmə, yaşıllaşdırma və abadlıq işləri aparılır. Rayonun Şirin Mirzəyev və Şərifli küçələrinin kəsişməsində 200-ə yaxın ağac əkilmişdir. Aksiya Oqtay Vəliyev və Mikayıl Əliyev prospektlərində də keçirilmişdir. Kampaniyada bələdiyyə üzvləri ilə yanaşı, rayon icra hakimiyyəti, mənzil kommunal təsərrüfat birliyi və digər təşkilatların rəhbərləri iştirak etmişlər.

Tədbir çərçivəsində ərazi daşlardan təmizlənmiş, digər zəruri abadlıq işləri görülmüşdür. Nizami bələdiyyəsi ərazidə əkilən ağaclara qulluq göstərməyi öz öhdəsinə götürmüşdür. Rayon sakinləri ətraf mühitin qorunmasında, ekoloji saflığın mühafizəsində əvəzsiz rolu olan yaşıllığın qorunması naminə həyata keçirilən tədbirləri bundan sonra da davam etdirəcəklərini bildirmişlər.

X X X

Binəqədi rayonu. Binəqədi rayonunda yaşıllıqların artırılması ilə bağlı müvafiq tədbirlər görülür. Rayonun kənd və qəsəbələrində keçirilən bütün təşkilat və kollektivlərin nümayəndələri yüksək fəallıq göstərmişlər. Müxtəlif ağac növləri insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, rayonun ümumi mənzərəsinə də yeni çalarlar əlavə edir. Təzə əkilən ağacların suvarılması üçün rayon mənzil kommunal təsərrüfat birliyinin və yaşıllaşdırma idarəsinin əməkçiləri ərazidə müvafiq tədbirlər görürlər. Su xətləri olmayan yerlərdə hələlik suvarma işləri maşınlarla həyata keçirilir. Yeni əkilən mindən artıq ağaca artıq indidən aqrotexniki qulluq göstərilir.

X X X

Qaradağ rayonu. Paytaxtın Qaradağ rayonunda da ağacəkmə kampaniyası keçirilmişdir. Rayonun bütün müəssisə, idarə və təşkilatların əməkdaşları öz ərazilərində yaşıllaşdırma işlər aparmışlar. Aksiya zamanı Sahil, Ümid, Qobustan, Ələt qəsəbələri, Heydər Əliyev adına Dərin Özüllər Zavodu və Qaz Emalı Zavodunun ərazilərində badam, zeytun, söyüd, və digər ağac tingləri əkilmişdir. Bu iş Bakı - Salyan avtomobil yolunun 18, 19 və 55-ci kilometrliyində də davam etdirilmişdir.

Yaşıllaşdırma işlərinə su maşınları və müxtəlif növ texnika cəlb edilmişdir. Yaşıllıqların suvarılması üçün əraziyə su xətləri çəkilmişdir. Ağacların əkiləcəyi ərazilərdə torpağın münbitləşdirilməsi istiqamətində müvafiq işlər də görülmüşdür. Ekoloji vəziyyətin sağlamlaşdırılması yönümündə həyata keçirilən belə tədbirlər mayın sonlarına qədər davam edəcəkdir. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun da iştirak etdiyi tədbirdə ümumilikdə iki minədək ağac əkilmişdir.

X X X

Suraxanı rayonu. Ətraf mühitin sağlamlaşdırılması, paytaxtın yaşıllıqlar diyarına çevrilməsi naminə aparılan işlərin əhəmiyyəti Suraxanı rayonunda da yüksək qiymətləndirilir. Rayon sakinləri bu xeyirxah təşəbbüsdə fəal iştirak edirlər. Ölkəmizin başçısının paytaxtın ekoloji durumuna müsbət təsir göstərən yaşıllıqların artırılması və ağacların əkilməsi ilə bağlı verdiyi tövsiyələri rayonda artıq öz bəhrəsini verir. Heydər Əliyev prospekti, Yeni Suraxanı qəsəbəsi yaxınlığında, əvvəlki Binə Ticarət Mərkəzinin yerində 8 hektar ərazidə ağacəkmə, yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, idarə, müəssisə, təşkilatların nümayəndələri iştirak etmişlər. Rayon mənzil kommunal təsərrüfat birliyi, eləcə də yaşıllaşdırma idarəsinin əməkçiləri suvarma və qulluq işlərini mütəmadi olaraq aparacaqlar.

Heydər Əliyev prospekti, Yeni Suraxanı qəsəbəsi yaxınlığında “Badam bağı”nda 4 mindən çox ağac əkilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var