Ekologiya sahəsində dövlət standartları iyunun 1-dən tətbiq olunacaqdır
Bakı, 14 may (AZƏRTAC). Azərbaycanda ekologiya sahəsində dövlət standartları təsdiq olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, standartlar ekologiya sahəsi üzrə beynəlxalq və dövlətlərarası standartların, normaların, qaydaların və tövsiyələrin Azərbaycanda tanınması və tətbiqi ilə əlaqədar olaraq Ekologiya üzrə Texniki Komitə tərəfindən hazırlanmışdır.
Bu standartlara “Təbii sularda ammonium ionlarının təyini”, “Təbii sularda asılı bərk hissəciklərin təyini”, “Təbii sularda həll olmuş oksigenin təyini”, “Təbii sularda oksigenin biokimyəvi sərfinin (OBS5) təyini”, “Təbii sularda qələviliyin (HCO3) təyini”, “Təbii sularda xüsusi elektrik keçiriciliyinin təyini”, “Təbii sularda xlorid ionunun təyini”, “Təbii sularda ümumi codluğun təyini”, “Təbii sularda şəffaflığın təyini”, “Təbii sularda qoxunun təyini”, “Təbii sularda sulfatların təyini”, “Suyun keyfiyyəti - Lüğət”, “Suyun keyfiyyəti- Lüğət. Hissə 4”, “Suyun keyfiyyəti - Lüğət. Hissə 5”, “Suyun keyfiyyəti - Lüğət. Hissə 6”, “Suyun keyfiyyəti - Lüğət. Hissə 8.”, “Torpağın keyfiyyəti - torpaq və torpaq materiallarının ekotoksikoloji xarakteristikasına dair göstərişlər”, “Torpağın keyfiyyəti - İnsanlara təsiri ilə bağlı torpağın xarakteristikası”, “Torpağın keyfiyyəti - Torpağın mikrobioloji tənəffüsünün müəyyən etməyin laborator üsulları”, “Torpağın keyfiyyəti - Yoxlama proqramlarının yaranması və saxlanmasına rəhbərlik” və “Ətraf mühitin mühafizəsi. Atmosfer havası. Atmosfer havasında kükürd dioksidin (SO2) kütlə qatılığının tetraxlormerkurat və pararozanilin ilə spektrofotometrik metodla təyini” daxildir.
Yeni standartların iyunun 1-dən tətbiq olunması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]