Ekologiya və Təbii Sərvətlər naziri “Təmiz əllər” kampaniyasına qoşulub
Bakı, 29 mart, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən “Təmiz əllər” kampaniyası davam edir.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də həmin kampaniyaya qoşulub.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettidən estafeti qəbul edən Muxtar Babayev hər kəsi koronavirusdan qorunmaq üçün əllərini mütəmadi olaraq su və sabunla yumağa səsləyib: “Hər kəsi ÜST-ün “Təmiz əllər” təşəbbüsünə qoşulmaqla koronavirusla mübarizəyə dəvət edirəm. Estafeti isə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqviyə ötürürəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:50]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 22.06.2026 [16:49]
Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək
- 22.06.2026 [16:00]
Qubada sürüşmə davam edir VİDEO
- 22.06.2026 [15:41]
Gülşad Məmmədova: Küləyin sürəti gecəyə doğru zəifləyəcək
- 21.06.2026 [12:38]
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
- 21.06.2026 [11:09]
Faktiki hava: Bölgələrə dolu düşüb, Bakıda güclü külək əsir
- 20.06.2026 [23:05]
Ağstafada diametri 28 millimetrə çatan dolu müşahidə olunub – Faktiki hava
- 20.06.2026 [14:24]