Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekologiya və Xəzəryanı ölkələrin davamlı inkişafı məsələləri: Rusiyadan baxış

Ekologiya və Xəzəryanı ölkələrin davamlı inkişafı məsələləri: Rusiyadan baxış

Moskva, 4 iyul, AZƏRTAC

Son vaxtlar Rusiyanın elmi və siyasi ictimaiyyəti Xəzəryanı bölgənin sosial, ekoloji və kulturoloji problemlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə araşdırmaların fəallaşdırılması, ümdə problemlərin həllinin səmərəli mexanizmlərinin müəyyən edilməsi məsələləri müxtəlif səviyyələrdə müzakirə olunur. Bu baxımdan, RF Dövlət Dumasının, onun Elm və Təhsil Komitəsinin, habelə Millətlərarası və Regionlararası Münasibətlər üzrə İşçi Qrupun fəaliyyəti diqqətəlayiqdir.

AZƏRTAC xəbər verir ki, 2019-cu il mayın 28-30-da bu qurumların iştirakı və dəstəyi ilə Elista şəhərində B.B.Qorodovikov adına Kalmık Dövlət Universiteti bazasında Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyası tərəfindən təşkil olunmuş genişmiqyaslı beynəlxalq elmi-praktik konfrans keçirilib.

İyunun 13-də Dövlət Dumasının Elm və Təhsil Komitəsinin Ekspert Şurasında və Dövlət Dumasının Millətlərarası və Regionlararası Münasibətlər üzrə İşçi Qrupunda həmin konfransın qərarları dinlənilib, Rusiya Federasiyasının reallıqları nəzərə alınmaqla bu qərarlar dəqiqləşdirilib. Cari ilin payızında M.V.Lomonosov adına MDU yanında Asiya və Afrika ölkələri İnstitutunun bazasında “Xəzər- Böyük İpək Yolunun qızıl halqasıdır” mövzusunda dəyirmi masa keçirilməsi nəzərdə tutulur.

Dumada keçirilən dinləmələrdə 70 nəfər iştirak edib. İclası Dövlət Dumasının deputatı, Elm və Təhsil Komitəsi sədrinin müavini Boris Çernışov açıb. Əsas məruzə ilə fəlsəfə elmləri doktoru, RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Rusiya Ekologiya Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, UNESKO-nun eksperti Nizami Məmmədov çıxış edib.

Müzakirələrdə Davamlı İnkişaf və Ətraf Mühitin Sağlamlığı Mərkəzinin rəhbəri Vladimir Zaxarov, Rusiya Təhsil Akademiyasının akademiki Viktor Dronov, Moskva Dövlət Mülki Aviasiya Texniki Universitetinin dosenti Tatyana Naumova, Rusiya Ekologiya Akademiyasının həqiqi üzvü, M.V.Lomonosov adına MDU-nun professoru Aleksandr Çumakov, regionların sosial-iqtisadi inkişafına kömək üzrə “Avrasiya İnvestisiya İttifaqı”nın prezidenti Sergey Latışev, “Mospriroda” Dövlət Təbiəti Mühafizə Büdcə Müəssisəsinin “Vorobyovı Qorı” ekologiya və maarifləndirmə mərkəzinin rəisi Yekaterina Kolesova və başqaları iştirak ediblər.

Dövlət Dumasının Təhsil və Elm Komitəsinin Ekspert Şurası sədrinin müavini Kamiljan Kalandarov dinləmələrə yekun vurub.

Çıxışların ümumiləşdirilməsi əsasında yekdilliklə qətnamə qəbul edilib. Bu sənədin aşağıdakı müddəaları xüsusilə diqqətəlayiqdir:

1. Xəzər fundamental biosferə malik olan və xüsusi geosiyasi əhəmiyyət kəsb edən nadir təbii qurumdur. Xəzəryanı bölgənin gələcək taleyi bu gün Rusiyanın federal və regional hakimiyyət orqanları, digər Xəzəryanı dövlətlərin hakimiyyət orqanları tərəfindən qəbul edilən qərarlardan asılıdır. Bu diyarda yaşayan milyonlarla insan ümid edir ki, bu böyük tarixi-coğrafi ərazi əməkdaşlıq zonası, Şimal və Cənub, Qərb və Şərq arasında ticarət yollarının qovuşuğu kimi qalacaq, münaqişə zonasına çevrilməyəcək.

2. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsasında Xəzəryanı ölkələrin ekoloji, sosial, iqtisadi və kulturoloji problemlərinin həlli üçün Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında ən müxtəlif sahələrdə intensiv beynəlxalq əməkdaşlığın genişləndirilməsi zəruridir.

3. Müasir dövrdə aşağıda sadalanan məsələlər xüsusilə aktualdır:

- Xəzəryanı bölgə əhalisinin həyat səviyyəsinin və yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəlmiş beynəlxalq proqramların işlənib hazırlanması;

- bioresursların və karbohidrogen xammalının (neft, qaz) istismarının və istismar formasının optimal nisbətinin müəyyən edilməsi;

- yaşayış məntəqələrini və geniş əraziləri Xəzər dənizinin səviyyəsinin dəyişmələrindən qoruyan sahil qurğuları ucaldılmasının səmərəli texnologiyalarının işlənib hazırlanması;

- Xəzəryanı bölgənin vahid bioekoloji və sosial-ekoloji monitorinqlərinin keçirilməsi;

- Xəzəryanı bölgənin təbii şəraiti üçün məqbul olan kənd təsərrüfatının və aqrar istehsalın inkişafı;

- Xəzərdə sərnişin, kommersiya, balıq ovu gəmiçiliyinin inkişafı, müasir texniki (aerokosmik, informasiya) vasitələr əsasında onların təhlükəsizliyinin təmin edilməsi;

- Xəzəryanı ölkələr arasında mədəniyyətlərarası və humanitar kommunikasiyaların gücləndirilməsi;

- regionun təbii və mədəni xüsusiyyətləri nəzərə alınmaqla ekoloji maarifləndirmə tədbirlərinin və fasiləsiz ekoloji təhsilin genişləndirilməsi.

4. Xəzəryanı bölgənin davamlı inkişafa keçməsi ilə bağlı ekoloji, iqtisadi, sosial, kulturoloji və siyasi məsələlərin həllində ekspert-əlaqələndirmə funksiyalarının yerinə yetirilməsi üçün B.B.Qorodovikov adına Kalmık Dövlət Universiteti bazasında Xəzəryanı ölkələrin sosial-ekoloji problemləri üzrə Beynəlxalq Ekspert Şurası yaradılması məqsədəuyğun hesab edilsin.

5. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətlərindən, bu ölkələrin elmi və siyasi ictimaiyyətindən Şuranın heyətinə bu ölkələrin hərəsindən 2-3 nümayəndə (Xəzər problemləri üzrə tanınmış alim və mütəxəssislər) göndərilməsi xahiş edilsin.

6. Xəzəryanı ölkələrin sosial-ekoloji problemləri üzrə Beynəlxalq Ekspert Şurasının illik iclasları, planlaşdırılan konfranslar, dəyirmi masalar və digər tədbirlər haqqında Xəzəryanı ölkələrə mütəmadi olaraq məlumat verilsin.

7. Xəzəryanı ölkələrin sosial-ekoloji problemləri üzrə Beynəlxalq Ekspert Şurasının layihələrinin vaxtında və operativ işıqlandırılması üçün Rusiya Jurnalistlər İttifaqının dəstəyi ilə ekoloji siyasəti açıqlayan, ekoloji maarifi inkişaf etdirən, Xəzər dənizinin bioloji müxtəlifliyinin qorunub saxlanmasına kömək edən jurnalistlərin və blogerlərin media ittifaqı yaradılsın.

8. Xəzəryanı ölkələrin beynəlxalq ekoloji informasiya agentliyinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti çərçivəsində “Xəzər dialoqu” adlı müntəzəm televiziya verilişinin yaradılmasının mümkünlüyü məsələsinə baxılsın.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Политолог: Мы на протяжении 30 лет ждали случая, когда сами сможем реализовать свои планы

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO