Ekoloji qanunvericiliklə bağlı araşdırmanın nəticələri açıqlanmışdır
Bakı, 7 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmaya əsasən, su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 60 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə 135 min 900 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 5 min 336,37 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 21 min 233 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına isə 26 iş göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]