EKOLOQLAR SUMQAYITDA ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ FAKTLARINI AŞKAR ETMİŞLƏR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, uzun illərdən sonra yenidən fəaliyyətə başlamış alüminium istehsalatı köhnə avadanlıqla təchiz edilmiş, qaz-tozyığan qurğusuz işə salınmışdır ki, bu da çoxlu ftor birləşmələrinin atmosferə buraxılmasına səbəb olmuşdur. Müəssisənin ərazisində bu maddənin səviyyəsi sanitariya normalarından 10 dəfə, ətrafda isə 3-4 dəfə çoxdur. Əlverişsiz hava şəraitində çirklənmənin səviyyəsi daha da artır. Nazirliyin əməkdaşlarının apardıqları tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Sumqayıtda atmosferin çirklənməsinin 71,9 faizi bu müəssisənin payına düşür. Ekoloji qanunvericiliyi pozduğuna görə müəssisəyə qarşı iddia irəli sürülmüşdür.
Səthi aktiv maddələr zavodunda civə tətbiq olunmaqla xlor istehsalının qəza vəziyyətində olan texnologiyasından hələ də istifadə edilməsi ekoloqlarda narahatlıq doğurmuşdur. Civə şlamının saxlanması üçün xüsusi poliqonun istifadəyə verilməsinə baxmayaraq, hazırda müəssisənin anbarlarında insan orqanizmi üçün təhlükəli olan bu birləşmə çoxlu miqdarda yığılıb qalmışdır və vəsait çatışmadığına görə poliqona aparılmır. Şəhərin ən iri “Etilen-polietilen” və “Sintez-kauçuk” zavodlarında texnoloji rejim normalarına riayət olunmadığından Xəzərə axıdılan sənaye çirkablarında neft məhsullarının və digər kimyəvi elementlərin səviyyəsi yolverilən normalardan artıqdır.
Nazirliyin mütəxəssisləri Sumqayıtın çirkli suları idarəetmə sisteminin qeyri-qənaətbəxş vəziyyətdə olduğunu da aşkara çıxarmışlar. Hər gün Xəzərə 25 min kubmetr çirkab axıdılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb
- 06.10.2026 [23:47]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [22:46]
Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar
- 06.10.2026 [21:45]
Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi
- 06.10.2026 [20:59]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [20:00]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [19:12]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:57]
Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib
- 06.10.2026 [18:31]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:29]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [18:28]
Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu
- 06.10.2026 [18:17]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [18:16]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [18:15]
Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir
- 06.10.2026 [18:10]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [18:09]
Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb
- 06.10.2026 [18:02]
“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq
- 06.10.2026 [18:00]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:58]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:49]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:47]