Ekvador polisi banan qutularında 8,8 ton kokain aşkarlayıb
Bakı, 28 fevral, AZƏRTAC
Ekvador polisi Belçikaya ixrac olunması planlaşdırılan banan yükündə 8,8 tona yaxın narkotik vasitə aşkarlayıb.
AZƏRTAC BBC News telekanalına istinadla xəbər verir ki, aşkar olunan kokainin qara bazardakı qiyməti 330 milyon dollardır.
Ekvador qonşu Peru və Kolumbiyada istehsal edilən kokainin tranzit olunduğu əsas ölkələrdən biridir. Ötən il burada 200 tondan çox kokain müsadirə edilib. Ekvador dünyada ən böyük banan ixracatçılarından biridir və qaçaqmalçılar çox vaxt qanunsuz malları başqa ölkələrə keçirmək üçün meyvələrin arasında gizlədir.
Artan narkotik axını təkcə Belçikanı deyil, bütün Avropa İttifaqı ölkələrini təhdid edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]