Əlcəzairdə terror aktı nəticəsində beş nəfər həlak olub
Qahirə, 15 yanvar, AZƏRTAC
Əlcəzairin Tebessa bölgəsində törədilmiş terror aktı nəticəsində beş dinc sakinin həlak olduğu, daha üç nəfərin isə yaralandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, məlumatı Əlcəzairin Müdafiə Nazirliyinə istinadla rəsmi APA informasiya agentliyi yayıb. Terrorçular mikroavtobusun keçdiyi vaxt kustar üsulla hazırlanan bombanı partladıblar.
Məlumatda qeyd olunub ki, bölgədə antiterror əməliyyatı keçirən Əlcəzair ordusu 3 terrorçunu məhv edib. Silahlı qruplaşmanın tamamilə zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam edir.
Əlcəzairdə terrorçu qruplaşma ilə uzun müddət davam edən və 2 mindən çox insanın ölümünə səbəb olan müharibə 1990-cı ildən dayanmışdı. Həmin vaxtdan ölkədə terror aktları baş vermirdi. Lakin son bir il ərzində “Əl-Qaidə” terror təşkilatının bu ölkədə yenidən fəallaşdığı müşahidə olunur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]