MƏDƏNİYYƏT
Elçin Əzizov Böyük Teatrda “Çar gəlini” operasında
Bakı, 25 oktyabr, AZƏRTAC
Noyabrın 21-dən 23-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Nikolay Rimski-Korsakovun "Çar gəlini" operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, noyabrın 22-də səhnə əsərində Qriqori Qriqoryeviç Qryaznoyun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]