ƏLİL İDMANÇILAR AVROPA ÇEMPİONATINDA İŞTİRAK ETMİŞLƏR
Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Çexiyanın Nimburq şəhərində əlil idmançılar arasında kamandan oxatma üzrə Avropa çempionatı başa çatmışdır. 21 ölkədən 120 idmançının iştirak etdiyi yarışda Azərbaycanı təmsil edən İlham Məhərrəmov 144 ox ataraq 843 xalla 22-ci, Zinyət Vəliyeva isə həmin sayda ox atmaqla 796 xalla 11-ci yeri tutmuşdur.
Baş məşqçi Marina Selikovskaya və məşqçi Emil Akçurinin yetirmələri ilk dəfədir ki, belə mötəbər yarışda iştirak edirlər. Ona görə də mütəxəssislər bu nəticələri müsbət qiymətləndirirlər.
Xatırladaq ki, Azərbaycanda əlillər arasında kamandan oxatma idman növü yenidir və idmançılar Avropa çempionatına cəmi bir il ərzində hazırlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]