Elit kateqoriyasında qadın velosipedçilərin yarışında finalçılar müəyyənləşib
Bakı, 9 iyun, AZƏRTAC
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında elit kateqoriyasında qadınların yarışında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda ABŞ-dan olan dünya çempionu Eliz Villouqbi, avstraliyalı Saya Sakakibara, ABŞ təmsilçisi Bruke Kreyn, danimarkalı Simone Kristensen, niderlandlı Laura Smulders, Merel Smulders, və Cudi Baau finala adlayıblar.