Əmək bazarında avtomobil sahəsində olan peşələrə daha çox ehtiyac var
Bakı, 15 may, AZƏRTAC
Avtomobil həyatımızın ayrılmaz hissəsi olduğu üçün bu gün əmək bazarında avtomobil sahəsində olan peşələrə daha çox ehtiyac var. Çalışırıq ki, işəgötürənlərlə sıx əməkdaşlıq çərçivəsində daha çox ehtiyac olan peşələri müəyyənləşdirək və qəbul planında bu istiqamətdə ixtisaslara üstünlük verək.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin avtomobil istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları ilə bağlı təşkil etdiyi vebinarda Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov deyib.
O bildirib ki, avtomobil sənayesinin sürətli inkişafı yeni peşələrin ortaya çıxmasına səbəb olur. Əmək bazarının tələbini düzgün müəyyən etmək isə işəgötürənlərlə əməkdaşlıq olmadan mümkün deyil. Agentlik bu tələbləri nəzərə alaraq yerli və xarici aparıcı şirkətlərlə əməkdaşlıq edir.
Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]