Əmək və əhalinin sosial müdafiəsi naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 9 yanvar, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev yanvarın 22-də Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, həmin gün vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar yanvarın 9-13-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:11]
Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb
- 07.08.2026 [16:25]
Baş prokuror Laçın və Qubadlı rayonlarında olub
- 07.08.2026 [16:24]
Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub
- 07.08.2026 [15:46]
Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib
- 07.08.2026 [15:41]