ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Yanvarın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Böyük Vətən Müharibəsi əlillərinə “OKA” markalı avtomaşınların verilməsi ilə bağlı tədbir keçirilmişdir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bu əlamətdar hadisə münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O bildirdi ki, sosial sahədə ölkədə həyata keçirilən islahatlar əhalinin bu qəbildən olan təbəqəsinin mənafeyini ifadə edir, dövlət tərəfindən əlillərə daim diqqət və qayğı göstərilir. Nazir qeyd etdi ki, Böyük Vətən Müharibəsi əlillərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlıqlarını itirmiş şəxslərin avtomobillərlə təmin edilməsi Azərbaycan Prezidentinin bu qəbildən olan insanlara bilavasitə qayğısının baris nümunəsidir. İndiyədək respublikaya 950 maşın gətirilmişdir, bu gün onlardan 15-i öz sahiblərinə paylanacaqdır.
Tədbirdə çıxış edən Böyük Vətən Müharibəsi əlilləri o günləri bir daha xatırladılar, bu ahıl yaşlarında onlara göstərilən qayğıya görə dövlətimizin başçısına və nazirliyin rəhbərliyinə minnətdar olduqlarını bildirdilər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev 1941-1945-ci illərin döyüş yollarından keçmiş ağsaqqallarımıza nökumət evi qarşısında avtomaşınların açarlarını təqdim etdi, veteranların sevincinə şərik olduğunu bir daha bildirdi və onlara uzun ömür arzuladı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [12:42]
Ali Məhkəmədən xəbərdarlıq: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
- 04.06.2026 [12:38]
Yol polisi skuter sürən şəxsi qəzadan xilas edib
- 04.06.2026 [12:33]
Mərkəz rəisi: DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
- 04.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 04.06.2026 [11:57]
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
- 04.06.2026 [11:53]
DSX: Ötən ay 5,6 milyon manatlıq qaçaqmal aşkarlanaraq götürülüb
- 04.06.2026 [11:51]
Tbilisidə XVI Regional Dayanıqlı İnkişaf Forumu işə başlayıb
- 04.06.2026 [11:40]
Ukraynanın “Freedom” telekanalı “Flame Towers” kompleksindən bəhs edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
ABŞ-nin neft ehtiyatları azalıb
- [11:16]
Xəzərdə zəlzələ olub
- [07:20]