Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏMƏKDAŞLIQ TARİXİNDƏ GÖRKƏMLİ HADİSƏ
HEYDƏR ƏLİYEVƏ SENATIN FƏXRİ MEDALI TƏQDİM OLUNDU

Fransa senatı Parisdəki əzəmətli Lüksemburq sarayında yerləşir. Dekabrın 22-də Azərbaycan Prezidenti Heydər Əliyev buraya gəldi. Sarayın həyətində respublikamızın dövlət başçısının şərəfinə fəxri qarovul düzülmüşdü. Burada Azərbaycan Prezidentini Fransa senatının sədri Rene Monari, sədrin müavini Jan Por, senator Jan Buaye qarşıladılar. Jan Buaye senatda Fransa-Azərbaycan dostluq qrupunun sədridir. Yeri gəlmişkən, deyək ki, həmin qrup bu ilin noyabrında Azərbaycanın xarici işlər naziri Həsən Həsənovun Fransaya səfəri zamanı yaradımışdır.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyev ilə Rene Monari arasında söhbət zamanı respublikamızda ictimai-siyasi vəziyyət, müharibənin gedişi, ölkələrimizin əməkdaşlığını genişləndirmək imkanları, parlamentlərarası əlaqələr qurulması barədə fikir mübadiləsi aparıldı. Fransa senatının başçısı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ərazilərimizin işğal olunması, qaçqınların problemləri və digər məsələlərə böyük maraq göstərdi. Hər iki tərəfi maraqlandıran başqa məsələlər də müzakirə oldundu.

Görüşdən sonra Rene Monari üzərində Heydər Əliyevin ad-familiyası yazılmış senatın fəxri medalını Azərbaycan Prezidentinə təqdim etdi. Daha sonra Heydər Əliyev senatın fəxri qonaqlar üçün Qızıl kitabına avtoqraf yazdı. Respublika Prezidenti Fransa senatının sədrinə əl ilə toxunmuş nəfis Azərbaycan xalçası bağışladı.

Heydər Əliyev və onu müşayiət edən şəxslər Lüksemburq sarayını gəzdilər. Azərbaycan Prezidenti I Napoleonun ilk dəfə iclas keçirdiyi salonda oldu, senatın kitabxanasına baxdı. Azərbaycanlı qonaqlar hazırda senatın iclaslarının keçirildiyi salona maraqla tamaşa etdilər. Burada Heydər Əliyevə senatın fəaliyyəti barədə hərtərəfli məlumat verildi. Qeyd edildi ki, Fransa parlamenti iki palatadan - Milli Məclis və senatdan ibarətdir. Senatın üzvləri 9 il müddətinə seçilir. Hər üç ildən bir onun tərkibinin üçdə bir hissəsi təzələnir. Senatın 22 nəfərdən ibarət rəhbər orqanı - bürosu vardır. Senatın tərkibinə müxtəlif peşə adamlarının seçilməsinə diqqət yetirilir.

ƏMƏLİ GÖRÜŞLƏR

Dekabrın 22-də səhər Azərbaycan Prezidenti öz iqamətgahında Fransanın “Tomson” firmasının prezidenti Filipp Jiskar d’Esteni qəbul etdi. Fransada məşhur iş adamı kimi tanınan və dünyanın əksər ölkələri ilə sıx əlaqələri olan Filipp Jiskar d’Esten Fransanın keçmiş Prezidentinin əmisi oğludur.

Söhbət zaman bu firma ilə Azərbaycan arasında əlaqələr qurulması imkanları nəzərdən keçirildi və qeyd edildi ki, respublikamızda hər bir xarici firmanın fəaliyyəti üçün geniş şərait vardır və Azərbaycan dövləti ölkəmizə qoyulan investisiyalara tam təminat verir.

Həmin gün Heydər Əliyev Fransının humanitar məsələlər üzrə naziri xanım Mişo Şevrini də qəbul etdi. Görüş zamanı iki ölkə arasında humanitar sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi imkanları hərtərəfli müzakirə olundu. Fransa və Azərbaycan elm, mədəniyyət, incəsənət adamlarının qədim əlaqələrinin bərpa və inkişaf etdirilməsi zərurliliyinə toxunuldu. Söhbətdə ölkələrimiz arasında humanitar sahələrdə əməkdaşlıq üçün qarşılıqlı konkret addımlar atılması barədə müəyyən razılıqlar əldə edildi.

TV-5 TELEKANALI İLƏ ÇIXIŞ

Azərbaycan Prezidenti Heydər Əliyev dekabrın 21-də axşamdan xeyli keçmiş Fransanın məşhur TV-5 kanalı ilə çıxış etdi. Bu kanalın verilişləri Avropanın əksər ölkələrinə yayılır (Respublika televiziyası çıxışı operativ translyasiya etdiyi üçün AZƏRTAC həmin müsahibəyə geniş yer ayırmadı).

“FİQARO” QƏZETİ ÖLKƏLƏRİMİZİN

İQTİSADİ ƏMƏKDAŞLIĞI HAQQINDA

Dekabrın 22-də “Fiqaro” qəzeti “Dünya ölkələrinin iqtisadi həyatı” bölməsində Azərbaycan dövlət başçısı Heydər Əliyevin Fransaya səfəri barədə yazı dərc etmişdir. Bu materialda Fransa Milli Sahibkarlar Mərkəzində Azərbaycan rəhbəri ilə keçirilmiş görüşdən də geniş bəhs olunur. Qəzet yazır ki, Heydər Əliyev fransız sənayeçilərini öz ölkəsinə, xüsusilə neft sənayesinə və kənd təsərrüfatı bölməsinə investisiya qoymağa çağıraraq demişdir: “Mən Fransanın işgüzar adamlarını Azərbaycana dəvət edirəm”.

Qəzet daha sonra yazır ki, indi Azərbaycan dünyanın iki neft şirkəti ilə neft yataqlarının kəşfiyyatı və birgə istismarı barədə danışıqlar aparır. Heydər Əliyev qeyd etmişdir ki, burada fransızlar üçün də yer tapılacaq. O, fransız sahibkarlarını sakitləşdirərək demişdir: “Ola bilsin ki, əvvəllər sizin problemləriniz olub. Mən cəmi altı aydır ki, bu vəzifədəyəm, bundan sonra xarici investisiyalara dövlət təminatı olacaqdır”.

X X X


Azərbaycan Prezidentinin Fransaya rəsmi səfəri dekabrın 22-də başa çatdı. Heydər Əliyev və səfərdə onu müşayiət edən şəxslər həmin axşam Vətənə qayıtdılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib