Əməliyyatçı mühasiblərin nəzəri bilikləri qiymətləndirilib
Bakı, 29 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən əməliyyatçı mühasib peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilmə aparılacaq. İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə əməliyyatçı mühasib peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcək.
Peşə ixtisasları üzrə qeydiyyat davam edir. Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatı Agentliyin saytından əldə edə və imtahanlarda iştirak üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]