ƏQLİ CƏHƏTDƏN ZƏİF UŞAQLAR ARASINDA “FUTBOL HƏFTƏSİ” YARIŞLARI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar arasında “Futbol həftəsi” turnirinə start verilmişdir.
Bu yarışlar UEFA-nın tövsiyəsi ilə Avropa Xüsusi Olimpiya Komitəsinin və “Cohan Kruiff” Fondunun proqramına uyğun olaraq, qitənin bütün ölkələrində keçirilir.
Yarış oktyabrda Şanxayda Ümumdünya Yay Olimpiya oyunları ilə yanaşı, 2008-ci ildə keçiriləcək beynəlxalq turnirlərə hazırlıq xarakteri daşıyır.
“Futbol həftəsi”ndə Bakı, Sumqayıt, Abşeron, Şəki, Quba, Lənkərandan 14 internat məktəbinin komandası mübarizə aparır. Qaliblər aprelin 26-da məlum olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]