Ərdoğan: Türkiyənin əsas hədəfləri demokratiyanı gücləndirmək, hüquq və azadlıqları qorumaqdır
Ankara, 1 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Administrasiyasının konfrans mərkəzində “2020-2021 Ədalət İli”nin başlanması münasibətilə rəsmi mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək Türkiyədə ədliyyənin tarixindən, bu sahədə aparılan islahatlardan, hüquq sistemində fəaliyyətin təkmilləşdirilməsi tədbirlərindən, eləcə də gündəlikdəki məsələlərdən danışıb. “Ədalət mülkün təməlidir” ifadəsini xatırladan Türkiyə dövlətinin başçısı diqqətə çatdırıb ki, demokratiyanı gücləndirmək, hüquq və azadlıqları qorumaq atılan hər bir addımda əsas hədəf kimi götürülür.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə, hər il iyulun 20-də ədliyyə sistemində çalışanların məzuniyyətə çıxması ilə əlaqədar olaraq “Ədalət tətili” elan olunur. Sentyabrın 1-də isə ənənəvi olaraq yeni “Ədalət İli”nə start verilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]