Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir

Ərdoğanın mesajları: Türkiyə Prezidenti ədalətə dəvət edir

Bu il sentyabrın əvvəllərində Sivasda Mərkəzi Anadolu İqtisadi Forumundakı tarixi çıxışında Rəcəb Tayyib Ərdoğan hər bir ölkə kimi Türkiyənin də nüvə silahına malik olmaq hüququndan söhbət açıb. Konkret misallar əsasında o, müasir mərhələdə dünyada baş verən geosiyasi proseslərin fonunda inkişaf etmiş ölkələrin nüvə silahına malik olmasının bəzi təsirlərindən danışıb. Türkiyə Prezidenti ifadə edib ki, bir sıra dövlətlərə nüvə silahı istehsalının qadağan olunması doğru deyil. Mövcud problemlərin həlli baxımından da faydasızdır. Həmin kontekstdə hətta burada bir haqsızlıq da vardır. Ancaq Türkiyənin dövlət başçısının söylədiyi fikirlərin məntiqinə daha dərindən nəzər salsaq, maraqlı məqamları görə bilərik. Əslində, R.T.Ərdoğan, ümumiyyətlə, müasir dünyada mövcud olan geosiyasi mənzərənin gələcəyi ilə bağlı ehtiyatlılığını ifadə edib. O, hazırda dünyada hakim rolunu oynamağa çalışan ölkələrin vəziyyəti daha da mürəkkəbləşdirdiklərini çatdırıb. O cümlədən özü nüvə silahına malik olub, başqasına onu qadağan etmək strategiyasının perspektivsizliyini göstərib. Çünki "dünya beşdən böyükdür!" Və hər bir xalqın yaşamaq haqqı vardır. Bu aksiomu bir neçə dövlətə aid edib, başqalarına qadağa qoymaq ədalətsizlik, haqsızlıq və sonu olmayan yoldur. Bütün bu məqamların fonunda R.T.Ərdoğanın ifadə etdiyi fikirlərin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

"Bomba yarışı": təhlükəli və perspektivsiz hökmranlıq iddiaları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahı ilə bağlı ifadə etdiyi fikirlər ekspert dairələrində geniş müzakirələrə səbəb olub. R.T.Ərdoğan deyib ki, dünyanın inkişaf etmiş ölkələrinin hamısında nüvə silahı vardır. Türkiyədə niyə olmasın? Lakin "dostlar" daim müxtəlif kontekstlərdə "məsləhət" verir və əksər hallarda hədə ilə deyirlər ki, "sizə nüvə silahı olmaz". Bundan başqa, İsrailin nüvə silahı var. O, bununla Yaxın Şərqdə "hamını qorxudur". Məsələn, İran və Türkiyəni. Niyə belə olmalıdır?

Türkiyə lideri fikrinə davam edərək, bir ölkə başçısı ilə danışıqda qarşı tərəfin 7500 ədəd nüvə silahına malik olmasına rəğmən, ABŞ və Rusiyanın 12500-15000 ədəd nüvə silahına malik olduğuna görə, onlara çatmağa çalışdığını ifadə etdiyindən bəhs edib.

Bu fikirlərin ekspertlər tərəfindən şərhi maraq doğurur. Onların əksəriyyəti R.T.Ərdoğanın bu fikirləri səsləndirməkdə məqsədinin nədən ibarət olduğunu dürüst izah etmirlər. Məsələni "Türkiyənin nüvə silahına sahib olub-olmamaq hüququnun aydınlaşdırılması" müstəvisinə gətirməyə çalışırlar. Və yaxud "Türkiyə nüvə silahı istehsal etmək potensialına malikdirmi?" sualına müxtəlif cavablar axtarırlar. Türkiyə Prezidenti isə, fikrimizcə, bu fikirləri tamamilə başqa məqsədlə ifadə edib.

Hazırda dünyada nüvə silahına malik olan bir neçə ölkə var. ABŞ, Rusiya, Çin, Hindistan, Pakistan, İsrail, Fransa, Böyük Britaniya, Şimali Koreya. Sual olunur: kim bunlara nüvə silahına sahib olmaq hüququnu verib? Tanrımı? Elə isə Tanrı həmin ölkələri hansı dəyərlərinə görə "seçib"? Absurd sualdır, deyilmi? Sadalanan ölkələr içərisində ABŞ, Rusiya və Çin daha çox nüvə arsenalına malikdirlər. Eyni zamanda, dünyada geosiyasi məkanda daha çox fəal olan, öz iradəsini, ambisiyasını başqalarına yeritməyə çalışan ölkələr də onlardır. Əlavə olaraq Amerikanın yanında daha aqressiv davranan dövlətlər də vardır. Məhz bu dövlətlər car çəkirlər ki, İran nüvə silahına sahib olmamalıdır.

Deməli, aydın görünür ki, nüvə silahına malik olan güclü dövlətlər faktiki olaraq ondan real siyasətdə öz iradələrini başqalarına qəbul etdirmək üçün istifadə edirlər. Və onların digər potensial nüvə ölkələrinə qoymaq istədikləri qadağanın da kökündə bu dayanır: rəqib olmasın, alternativ olmasın və dünyanı istədiyimiz kimi "barmağımızda fırladaq". Yəni "dünya beşdən böyük" olmasın. R.T.Ərdoğan isə deyir ki, "dünya beşdən böyükdür!"

Türkiyə Prezidentinin fikirlərinin işığında İsrailin Baş Naziri Binyamin Netanyahunun yəhudilərin qanunsuz məskunlaşdırıldıqları əraziləri hüquqi olaraq İsrailə bağlamaq niyyətində olduğunu açıqlaması düşündürücüdür. Çünki bir dövlətin hökumət başçısı açıqca bəyan edir ki, hansısa ərazini özünün istədiyi qaydada, beynəlxalq hüquqa riayət etmədən hüquqi cəhətdən öz ərazisinə qatacaq. Bu, normaldırmı?

Kimin nəyə haqqı çatır: dünyanı məhvə aparan yol

Nəinki normal deyil, hətta dünyanın müxtəlif regionlarında çox təhlükəli proseslərə yol aça bilər. Məsələn, Ermənistanın baş naziri də deyə bilər ki, Dağlıq Qarabağı Ermənistana hüquqi olaraq bağlayacaq. Və yaxud eyni məntiqlə Rusiya Abxaziya, Cənubi Osetiya, Krım, Donbas haqqında bunları deyə bilər. Niyə də deməsin? Çünki Rusiya hərbi cəhətdən İsraildən qat-qat güclüdür, dünya geosiyasətində də rolu yüksəkdir. Forpost Ermənistan da havadarlarına arxalanıb, sərsəmləyə bilər.

R.T.Ərdoğanın qaldırdığı məsələ fonunda bütün bunlar bir-biri ilə sıx bağlı görünür. Əgər Türkiyə kimi ədalətli bir dövlət güclü nüvə arsenalına malik olsa, onda yuxarıda vurğulanan haqsızlıqların heç birinin şansı olmaz. Axı fələstinlilər, azərbaycanlılar, farslar, ukraynalılar və başqaları da insandırlar, onların da yaşamaq hüququ vardır.

Eyni zamanda, R.T.Ərdoğan həmin mesajı ilə konkret regional geosiyasi proseslərə işarə verir. Yaxın Şərqdə böyük dövlətlər at oynadırlar. Onların heç birinin coğrafi olaraq həmin məkana aidiyyətləri yoxdur. Lakin Yaxın Şərq haqqında özlərinin milli təhlükəsizlikləri kontekstində elə danışırlar ki, sanki həmin regionun düz mərkəzindədirlər. Elə bil həlak olanlar onların vətəndaşlarıdır, dağılan şəhərləri onların babaları tikib və həmin ərazidəki dövlətlər Allahdan onlara bir mülk kimi qalıb. ABŞ, Rusiya, Fransa, Almaniya və uzaq Çin də belə düşünür.

Bunların fonunda isə Yaxın Şərqdə yerləşən dövlətlərə kənardan təsir edənlərin hansı "payı" verə biləcəyi dartışılır. Məsələn, biri deyir ki, İran oradan çıxmalıdır, digəri terrorçuları gətirib qoyur neft quyularının başına və deyir ki, buranın sahibi onlardır, bir başqası bəyan edir ki, "ən yeni silahlarımızı Suriyada uğurla sınaqdan keçiririk, budur bizim silahların gücü!", digərləri Avropadan hay-küy salırlar ki, Amerika oradan çıxsa, biz əvəz edəcəyik.

Baxın, həmin ölkələrin sırasında bir dənə də olsun müsəlman ölkəsi yoxdur. Onların heç biri Yaxın Şərqdə yerləşmir. Kim deyə bilər ki, bu obyektivlik, ədalət, beynəlxalq hüquq və insafdır! Üstəlik, həmin qüvvələr özlərini ali hakim kimi göstərərək, Yaxın Şərqin müsəlman ölkələrinə təlimat verirlər ki, nüvə silahı istehsal etməyin. Əks halda, təhlükə olacaqsınız, beynəlxalq terror daha da güclənəcək. Özləri beynəlxalq terrorun tam mərkəzləri, mənbələri və praktiki yayanlarıdır.

R.T.Ərdoğan buna etiraz edir və sualı tamamilə təbii qoyur: "belə olan halda nəyə görə müsəlman dövlətləri də nüvə silahına malik olmasın?" O cümlədən Türkiyə həmin imkana sahib olsa, dünyada çox şey dəyişər.

Həmin fikirlərin pərdəarxası başqa mənası da çox maraqlıdır. Türkiyə Prezidenti faktiki olaraq ölkəsinin potensial olaraq nüvə silahı hazırlamağa yaxın olduğunu bəyan edir. Söhbət ondan getmir ki, Türkiyə nüvə silahı hazırlayır. Bizcə, qətiyyən belə deyil. Ankara bu imkana sahib olduğunu və onu reallaşdırmağa gücünün çatdığını ifadə edir. İnanmırıq ki, Türkiyə nüvə silahı hazırlayacaq. Çünki artıq bəşəriyyətin bu ölümcül silaha ehtiyacı olmamalıdır. Əvəzində, nüvə silahına malik olanlar siyasətlərinə yenidən baxmalıdırlar.

Onlar anlamalıdırlar ki, tutduqları yol bütövlükdə bəşəriyyəti məhvə aparır. Çünki onlara bu gün İran, sabah Türkiyə, o biri gün Misir və ya Səudiyyə Ərəbistanı, olsun ki, Polşa və ya Rumıniya, Bolqarıstan, Serbiya və b. qoşula bilər. Bu tendensiya sülhə aparmır, təhlükəsizliyi təmin etmir. Əksinə, dünya daha qorxunc bir dinamikaya köklənir. Həm də ona görə ki, daha təkmil nüvə texnologiyasına malik ABŞ, Çin və Rusiya yeni silahlar icad edəcəklər və proses fərqli səviyyədə xeyli riskli, məhvedici dinamika alacaq. Dünyaya bu gərəkdirmi? R.T.Ərdoğan bu sualı sətiraltı verir.

Nəhayət, Türkiyə Prezidentinin fikirləri bir çağırışdır! Dünyanın ən qüdrətli dövlətlərinə müraciətdir ki, gedilən yol səhvdir. Potensialı çatan ölkələr, o cümlədən Türkiyə, bu mənzərə qarşısında özlərinin də arzulamadığı addımlar ata bilərlər. İnsanların rifahı üçün çalışmaq əvəzinə silah istehsalı yarışı daha intensiv səviyyəyə yüksələr və bundan bütün dünya əziyyət çəkər, sadə insanların sosial-iqtisadi vəziyyəti daha da ağırlaşar! Çünki nüvə silahı istehsal etməyə hər bir dövlətin haqqı vardır!

Lakin təəssüf ki, ekspertlər ənənəvi olaraq konkret dairələrin marağına xidmət edən və həqiqət kimi uzun illərdir "obyektivlik, hüquqilik" donunda nümunə olaraq göstərilən tezislər çərçivəsindən kənara çıxa bilmirlər. Onlar dərhal hesablamağa çalışırlar: Türkiyə hansı dövlətə tərəf gedəcək - Amerikaya, yoxsa Rusiyaya? Türkiyə texnologiyanı kimdən alacaq - Rusiyadan, yoxsa Pakistandan. Və nüvə silahına malik olandan sonra Türkiyə kimə təhlükə törədəcək? Bütün bunlar xronoloji geosiyasi, sivilizasyon, dini hegemonluq xəstəliyinin qalıqlarıdır! Bu kimi cəfəng və faydasız düşüncələr əvəzinə dünyanın taleyini bəndə kimi düşünmək və görməyə cəhd etmək daha faydalı olmazdımı? Tayyib Ərdoğanın fikirlərinin məntiqinə deyil, ruhuna baxın! Həqiqət oradadır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib