Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ƏRƏŞ” REGİONAL TİCARƏT MƏRKƏZİ İLƏ TANIŞLIQ

Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Ağdaş şəhərinin mərkəzi hissəsində yerləşən “Ərəş” ticarət mərkəzinə gəldi. Burada dövlətimizin başçısını və xanımını mərkəzin işçiləri böyük səmimiyyətlə, gül-çiçəklə qarşıladılar. 

Prezident İlham Əliyevə məlumat verildi ki, İsveçrənin “Jekot” firmasının rəhbəri Vahid Cemaynın sərmayəsi hesabına tikilən bu mərkəzdə 130-dan çox dükan və mağaza, habelə “Yaşıl bazar” fəaliyyət göstərir. Hazırda 350 nəfər işlə təmin olunmuşdur. “Yaşıl bazar”da 500-dən çox kəndlinin öz məhsulunu satması üçün imkanı vardır. Gələcəkdə mərkəzin genişləndirilməsi və yeni iş yerlərinin açılması üçün digər layihələr də nəzərdə tutulmuşdur. 2,5 hektar ərazisi olan ticarət mərkəzinin inşasına 1,2 milyon ABŞ dolları sərf edilmişdir. Hər cür kommunal xidmətlərlə təmin olunmuş bu mərkəz tam gücü ilə fəaliyyət göstərəndə burada 1500 nəfər işləyəcəkdir.

Dövlətimizin başçısı ticarət mərkəzinin satış sahələri ilə yaxından tanış oldu, satışdakı malların və məhsulların keyfiyyəti ilə maraqlandı, “Yaşıl bazarda” öz məhsullarını satan kəndlilərlə görüşüb səmimi söhbət etdi.

Təqaüdçü Yaqub Əhmədov Prezident İlham Əliyevi ehtiramla salamlayaraq dedi ki, biz ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini heç vaxt unutmuruq. Azərbaycanı hamı onun timsalında tanıyır. Arzu edirik ki, onun işinin möhkəm davametdiricisi olasınız. Biz həmişə Sizə arxa-dayaq olacağıq.

Rayon ağsaqqalı Qulam Rüstəmov dövlətimizin başçısını salamlayaraq dedi ki, möhtərəm Prezident, müqəddəs Ağdaş torpağına səfa gətirmisiniz. Ağdaş torpağı ona görə müqəddəsdir ki, Veyis baba kimi məşhur övliyanın məzarı Ağdaşdadır. Ağdaşda daha dörd övliyanın məzarı vardır. Allahdan arzu edirəm, o övliyalar xatirinə, Sizin işiniz həmişə avand, başınız uca olsun. Sizin atanız 1981-ci ildə Ağdaşa gəlmişdi. İndi Siz gəlmisiniz, Allah qoysa, sonra oğlunuz Heydər Əliyev gələcəkdir.

“Ağzıbir” fermer təsərrüfatının rəhbəri Sevda Kərimova da öz ürək sözlərini ifadə edərək dedi ki, mən həm də Azərbaycanın Dövlət mükafatı laureatıyam. Allahın və Sizin sayənizdə, göstərdiyiniz köməyin nəticəsində böyük bir təsərrüfat yaratmışam. Orada 100 ailə kartof, soğan, pambıq, pomidor əkib becərir. Allah Sizi salamat eləsin, xanımınız da, qızınız da xoş gəliblər. Ağdaşa gələnlər yol sarıdan əziyyət çəkirlər. Yolun təmirinə kömək etsəniz çox yaxşı olardı. Allah atanıza da min-min rəhmət eləsin ki, Sizin kimi şəxsiyyəti Azərbaycana bəxş edibdir. Bütün analar, bacılar, qardaşlar Sizi sevir, Sizə inanır və Sizə arxalanır. İnşallah, Azərbaycanda hər şey yaxşı olacaqdır.

Prezident İLHAM ƏLİYEV səmimi sözlərə görə təşəkkür edərək dedi ki, çox sağ olun. Mən bu inkişafı, abadlıq, quruculuq işlərini, yeni müəssisələri görəndə çox sevinirəm. Azərbaycanın hər bir yerində inkişaf gedir, irəliləyiş var. İnsanlar işlə məşğuldurlar, sahibkarlıq, özəl sektor inkişaf edir. Görün, burada nə gözəl ticarət mərkəzi yaranıbdır. Ən yüksək səviyyədə tikilibdir. Burada işləyirlər, siz də məhsullarınızın satışı ilə məşğulsunuz. Bu inkişaf davam edəcəkdir.

SEVDA KƏRİMOVA: Cənab Prezident, əvvəllər becərirdik, satış yeri tapmırdıq. İndi şükür Allaha, hər yerdə imkan var, satış məntəqəsi yaranıbdır. Biz Mehriban xanımla da fəxr edirik. Bütün qadınlar onunla fəxr edir.

İLHAM ƏLİYEV: Mən bilirəm ki, burada işlər yaxşı gedir, icra hakimiyyətinin başçısı da yaxşı işləyir, rayonda da vəziyyət yaxşıdır. Bilirsiniz ki, harada icra hakimiyyətinin başçısı yaxşı işləmirsə, mən onu vəzifədən azad edirəm. 40-dan yuxarı icra hakimiyyətinin başçısını dəyişdim. Mən sizin icra hakimiyyətinin başçısını çoxdan tanıyıram.

Amma çox vacibdir ki, burada qiymətlər çox bahalaşmasın. Təxminən bir neçə ay bundan əvvəl Azərbaycanda bahalaşma baş verdi. Ona görə ciddi tədbirlər görüldü. Sərəncam imzaladım və digər tədbirlər görüldü ki, qiymətlər bahalaşmasın. Çünki indi inkişaf var, əmək haqqı artır, insanların həyat səviyyəsi yaxşılaşır. Amma eyni zamanda, bazarda qiymətlər qalxmağa başlamışdı. Biz buna yol verməməliyik. Ona görə yarmarkalar təşkil olunmalı, digər tədbirlər görülməlidir. Antiinflyasiya tədbirləri həyata keçirildi və qiymətlər sabitləşdi, hətta enməyə başladı. Biz gərək elə edək ki, qiymətlər qalxmasın.

SEVDA KƏRİMOVA: Bu dövranı bəyənməyənin gözləri kor olsun.

QULAM RÜSTƏMOV: Cənab Prezident, buradakı adamların hamısı şahiddir. 1992-ci ildə bir tay un almaq üçün müəyyən vasitəçi axtarılırdı. İndi Ağdaşda 50-100 ton un almaq olar. Dünyada insan üçün bütün nemətlər lazımdır, amma Süleyman Rüstəm demişkən, “bütün nemətlərin başı çörəkdir”. İndi heç kim çörək problemini düşünmür. Bu köklü həll olunubdur.

İLHAM ƏLİYEV: Amma 1990-cı illərin əvvəllərini yadınıza salın, çörək tapılmırdı, yox idi.

YAQUB ƏHMƏDOV (rayon sakini): Allah Sizin işinizi həmişə avand etsin. Rayon yerlərində əsas problemlərdən biri qazla təminatdır. Bu olsa, meşələr kütləvi şəkildə qırılmaz. Bilirik ki, bu işlər gecə-gündüz Sizin fikrinizdən çıxmır. Bütün xalq bunu bilir. Çörəyimiz, suyumuz - hər şeyimiz var. Allah Sizə uzun ömür, cansağlığı, atanızın torpağı sanı qədər də Sizə ömür versin.

İLHAM ƏLİYEV: Bununla məşğuluq. Biz bunu həll etmək əzmindəyik. Mən bu gün yardımçı stansiya ilə tanış oldum. Mənə söz verdilər ki, daha burada işıq problemi olmayacaqdır. 24 saat işıq olmalıdır. Qışda da problem olmamalıdır. Bunu etmək üçün Ağdaşda yardımçı stansiya istismara verilibdir. Eyni zamanda, kiçik həcmli elektrik stansiyaları alınacaq, Azərbaycanın müxtəlif yerlərində quraşdırılacaqdır ki, biz işıq problemini birdəfəlik aradan götürək. Qaz problemi bundan bir az çətindir. Çünki qaz çatışmır. Biz hələlik 4 milyard kubmetr qaz hasil edirik, 5 milyard kubmetr də Rusiyadan alırıq, amma yenə də çatışmır. Rayon mərkəzlərinə qaz verilməlidir. Sizdə necədir?

RAFİQ NİFTƏLİYEV (Rayon icra hakimiyyətinin başçısı): Cənab Prezident, verilir, qazla təminat yaxşıdır.

İLHAM ƏLİYEV: Amma kəndlərə verilmir.

RAFİQ NİFTƏLİYEV: Bəli, bir neçə kəndə verilmir.

İLHAM ƏLİYEV: Sizə təxminən nə qədər qaz verilir?

RAFİQ NİFTƏLİYEV: Gündəlik tələbatımız 100 min kubmetrdir.

İLHAM ƏLİYEV: Nə qədər verilir?

RAFİQ NİFTƏLİYEV: Təqribən 60 min kubmetr verilir. Gecələr bir az azalır. Amma gündüzlər yaxşıdır. Yeddi kəndimiz qazlaşdırılıbdır.

İLHAM ƏLİYEV: İndi qazın hasilatı da artacaqdır. Gələn il “Şahdəniz” qaz yatağından hasilat gözlənilir. Ondan sonra həcm artacaq və Azərbaycanda qaz problemi olmamalıdır. İşıq, qaz, su - biz bütün bu problemlərlə məşğuluq. Azərbaycanda, xüsusilə Bakıda istilik təchizatı da çox ciddi problemdir. Uzun illərdir evlərə istilik verilmir. Ona görə insanlar məcbur olub qızdırıcı cihazlar alırlar. Onlar da çox elektrik enerjisi işlədir və tələbat artır. Ona görə istilik təchizatı məsələlərini həll etmək üçün yeni bir qurum - “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti yaratdım. O, bütün istilik sistemini yenidən quracaqdır.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti yaradılıbdır, texnika alıb fermerlərə icarəyə verməlidir. Bu il 100 milyard manat dəyərində texnika almaq nəzərdə tutulubdur. Yəqin ki, bir neçə aydan sonra Ağdaş rayonuna da bu texnika gətiriləcəkdir. Yəni biz bütün məsələlərə diqqət yetiririk, həll etməyə çalışırıq. Əsas məqsəd odur ki, xalq daha da yaxşı yaşasın, sabitlik, əmin-amanlıq, mehribanlıq və inkişaf olsun, əmək haqları artsın.

QULAM RÜSTƏMOV: Cənab Prezident, birincisi, heç nəyə ehtiyacımız yoxdur. Mən rayonun ağsaqqalı kimi Allahdan arzu edirəm ki, Siz hansı ölkəyə, hansı regiona səfər etsəniz, yolunuzda daim yaşıl işıq yansın. İkincisi, mən ucqar bir kənddə yaşayıram. Orada Heydər Əliyevin xatirə dəftərinə belə bir cümlə yazmışam: Tarix ayrı-ayrı şəxsləri yetişdirir, ayrı-ayrı şəxslər tarixə təkan verir. XX əsrdə tarixin yetişdirdiyi, tarixə təkan verən şəxsiyyətlərdən biri Heydər Əliyevdir. Allah Sizə o qədər ömür versin, işinizi avand etsin ki, XXI əsrdə tarixin yetişdirdiyi, tarixə təkan verən şəxsiyyətlərdən biri Siz olasınız. Üçüncüsü, Siz andiçmə mərasimində belə bir söz dediniz ki, mən Azərbaycan Respublikasının, Azərbaycan xalqının, hər bir vətəndaşın Prezidentiyəm. Vətəndaşlardan biri də mənəm, mənim də söz deməyə haqqım var. Siz prezident seçkiləri ərəfəsində rayonlara səfər edərkən görüşlərdə xalqımız Sizi “İlham, İlham!” deyə salamlayırdı. Arzu edirəm, işiniz həmişə avand olsun, Sizə gələcəkdə “İlham baba, İlham baba!” desinlər.

Dördüncüsü, diləyimiz odur ki, balaca Heydəriniz Sizin davamçınız olsun. Beşincisi, Sizin babanız Əlirza kişi dəmiryolçu olubdur. Dəmir yolu Sizin ömür yolunuzdur. Belə bir deyim var: Parovoz ixtira olunarkən onu nümayiş etdirir və deyirlər ki, bu, xalqa xidmət edəcəkdir. Hamı əl çalır, amma müsəlman deyir ki, o, hərəkət etməz, çünki onu çəkib aparan bir qüvvə yoxdur. Elə ki, parovozu işə salırlar, yenə hamı əl çalır, amma müsəlman əl çalmır. Soruşurlar ki, sən niyə əl çalmırsan? Cavab verir ki, əgər o, belə gedirsə, bir daha dayanmaz.

Allahdan arzumuz budur ki, Heydər Əliyevin, Sizin qatarınız dayanmasın.

1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçilərkən, salonda bir nəfər durub dedi ki, Azərbaycanda bir alim, mütəxəssis yoxdurmu, bizə rəhbər seçəsiniz. Əgər o adam indi sağdırsa özü, yaxud övladları mötəbər yığıncaqlarda durub etiraf etsin ki, həqiqətən səhv etmişdir. Alim, mütəxəssis olmaq mümkündür, amma yaxşı rəhbər olmaq hamıya qismət olmur. Heydər Əliyev Azərbaycana neçə illər rəhbərlik etdi. Onun dəfn mərasimində mən də iştirak etmişəm. Azərbaycan xalqının axıtdığı göz yaşlarını bir yerə yığmaq mümkün olsaydı, ümman yaranardı. El arasında belə bir məsəl var: qəlb yanmasa, gözdən yaş çıxmaz. Deməli, Azərbaycan xalqının ümummilli liderinə qəlbi, ürəyi yanırdı ki, onu elə yola saldı.

Sözüm çoxdur, qismət olsa, bir gün mənə sarayda vaxt verərsiniz, Sizin ailəniz haqqında istənilən qədər danışaram.

YAQUB ƏHMƏDOV: Bu gün xalqımız ulu öndərdən qalan sərvətin hesabına dolanır. Bu, həqiqətdir. Heydər Əliyev dünya sərmayədarlarını ölkəyə çağıranda onlarda inam olmasaydı, heç kim pulunu qoymazdı. Hamısı ona inandı, sərmayəni ona olan inam gətirdi. Bakı-Tbilisi-Ceyhan kəmərini çəkmək asan iş deyildi. Onun həmin təşəbbüsü bu gün Azərbaycan xalqına gəlir gətirir. Ömrümüz boyu onun ruhuna dua edəcəyik. Arzu edirik ki, atanızın yolu ilə inamla irəliləyəsiniz.

İLHAM ƏLİYEV: Sağ olun. Mən onun yolu ilə gedirəm. Başqa yol yoxdur. Bu yolda möhkəm dayanmışam. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir. Heydər Əliyevin təməlini qoyduğu bütün məsələlər, layihələr öz həllini tapacaqdır. Bakı-Tbilisi-Ceyhan onun əsəridir. Əgər onun qətiyyəti, cəsarəti, müdrikliyi, siyasi iradəsi olmasaydı, heç kim Azərbaycana pul qoymazdı. 1990-cı illərin əvvəllərində Azərbaycanda xaos, anarxiya, böhran hökm sürürdü. Xarici şirkətləri ölkəyə gətirmək asan iş deyildi. İndiyədək Azərbaycana 24 milyard dollar xarici sərmayə qoyulubdur və bu gün onun bəhrəsini görürük. Bakı-Tbilisi-Ceyhan kəməri işə düşür. Azərbaycan zənginləşir, inkişaf edir. Neftdən əldə olunacaq gəlirlər ölkəmizi hərtərəfli inkişaf etdirəcəkdir. Azərbaycan xalqı yaxşı yaşamalıdır, buna layiqdir. Mən də Prezident kimi əlimdən gələni edəcəyəm ki, buna nail olaq. İnşallah, birlikdə buna nail olacağıq. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun