Erik Bulye Formula 1 Fransa Qran-Prisinin təşkilatçılarının tərkibinə daxil edilib
Bakı, 23 fevral, AZƏRTAC
“McLaren” komandasının sabiq idman direktoru və “Renault/Lotus”un rəhbəri olmuş Erik Bulye Formula 1 yarışlarının Fransa Qran-Pri mərhələsinin təşkilatçılar komandasında vəzifə alıb.
AZƏRTAC “RaceFans” saytına istinadla xəbər verir ki, Bulye yürüşlərin səfiri qismində çalışacaq, həm də idman və strateji müşavir vəzifələrini icra edəcəkdir.
“Fransa Qran-Prisi mənim üçün böyük əhəmiyyət daşıyır və bu iri avtomobil idmanı tədbirinə öz töhfəmi vermək fürsətini səbirsizliklə gözləyirəm”, - deyə E.Bulye bildirib.
45 yaşlı Bulye 2010-cu ildən “Renault/Lotus” komandasının rəhbəri vəzifəsində çalışıb. Komanda həmin illərdə pilot Kimi Raykkonenin səyi ilə iki Qran-Pri qazanıb. 2014-cü ildə “McLaren”in başçısı olan Erik ötən ilin iyulunda - mövsümə uğursuz başlayan Böyük Britaniya komandasının rəhbərlikdə dəyişikliklər aparması nəticəsində vəzifəsindən ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]