Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni vəhşiliyinin tükürpədən izləri

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 18 il əvvəl imzaladığı Fərman tarixi ədaləti bərpa etmək istiqamətində atılmış mühüm addımdır

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif olunan hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanmışıq. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi Fərman nəticəsində artıq öz siyasi və hüquq qiymətini almış və hər il qeyd etdiyimiz Azərbaycanlıların Soyqırımı Günü bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

AZƏRTAC Azərbaycan Dövlət Pedaqoji Universitetinin türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru, tarix elmləri doktoru Mais Əmrahın xalqımıza qarşı zaman-zaman törədilmiş soyqırımlarının tarixi, başvermə səbəbləri və acı nəticələri barədə qeydlərini təqdim edir.

Ulu Öndərin 18 il əvvəl imzaladığı Fərman sayəsində əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq, azərbaycanlılara qarşı soyqırımı aparıldığını, Ermənistan ərazisinin qədim Azərbaycan torpaqları olduğunu rəsmiləşdirməklə yanaşı, xalqımızın tarixinə “ağ ləkələr” kimi düşmüş, əslində isə qanlı faciəvi hadisələr kimi yaddaşlara köçmüş bu səhifələrə yenidən nəzər salmaq üçün şərait yarandı. Zamanın üzərinə kölgə saldığı səhifələr işıqlanmağa, qaranlıq mətləblər aşkarlanmağa başladı.

Ümummilli Lider deyirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazilərdən, min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi mədəni abidələr və yaşayış məskəni dağıdılıb viran edilmişdir”.

Fərmanda ilk dəfə olaraq XX əsrdə mərhələlərlə - 1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə azərbaycanlılara qarşı həyata keçirilmiş qırğınların xronikası verilir və azərbaycanlı əhaliyə qarşı ermənilərin düşmənçilik siyasətinin kökləri açıqlanır. Fərmanda qeyd edildiyi kimi, indi “…qarşımızda duran əsas vəzifələrdən biri də, son əsrlərdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır”.

Azərbaycanlılara qarşı ermənilərin soyqırımı ötən əsrin əvvəllərindən başlamışdı. M.S.Ordubadi “Qanlı illər” əsərində bu hadisələrdən bəhs edərək yazırdı: “… süni və çoxdan bəri millətin zatına qondarılmış ixtişaş bombası partladı və bütün Qafqaz aləmi bu bombanın təsiri şiddətindən yanıb yaxıldı”. Böyük ədib öz-özünə “o partlayıcı maddə həqiqət bomba idimi” sualını verir və cavabında deyirdi: “Bəli, bu bomba baş verən Bakı faciəsidir ki, bütün Qafqaza buradan atəş açıldı” və iki il davam edən erməni-azərbaycanlı qırğını başladı. Bakıdan sonra qırğın İrəvan, Naxçıvan, Şuşa, Cəbrayıl və Qaryagini, digər bölgələri əhatə edib, qırğına çar hökuməti rəvac verib.

Azərbaycanlılara qarşı növbəti məqsədyönlü soyqırımı 1918-ci il martın 30-31-də və aprelin 1-də (köhnə təqvimlə martın 17-də, Novruz bayramı ərəfəsində) törədildi. Uzun illər vətəndaş müharibəsi kimi qiymətləndirilən mart hadisələri həm də ermənipərəst Bakı sovetinin sonu oldu.

1918-ci ilin əvvəllərində Bakı ilə Tiflis arasında dəmiryolunun qapanması nəticəsində Qafqaz cəbhəsinə yollanan, Qərb və İran cəbhəsindən gələn bir neçə min silahlı erməni əsgəri Bakıya toplaşmışdı. Həmin vaxt daşnak partiyasının da Bakıda minədək silahlı adamı vardı. Bakı və ətraf kəndlərin əhalisi isə silahsız qalmışdı. Üstəlik, H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan gətirən “Evelina” gəmisi ilə Bakıya gələn Azərbaycan milli ordusunun hərbçiləri bolşevik-daşnak ordusu tərəfindən zorakılıqla tərksilah edildi. Bolşevik-daşnak birləşməsinin bu addımı bir daha göstərdi ki, onlar silahlı münaqişə üçün bəhanə axtarır, “Daşnaksütyun” partiyası və erməni Milli Şurası öz mənfur siyasətini həyata keçirmək üçün məqam gözləyirdi. 1918-ci il martın 29-da Lənkərana getmək istəyən paroxodun saxlanması və tərksilah edilməsi milli qırğın üçün bəhanə oldu.

Martın 30-da şəhərin müxtəlif rayonlarında kortəbii mitinqlər başlandı. Qızıl Ordu dəstələrinin təxribat xarakterli gülləbaranı Bakı kommunasının bolşevik-daşnak rəhbərliyinə imkan verdi ki, azərbaycanlı əhaliyə qarşı hücuma başlasın. 1918-ci il martın 30-31-də erməni dəstələri azərbaycanlıların yaşadıqları məhəllələrə basqın etdilər. Qızıl Ordu qərargahının rəisi S.Avetisyan, dəstə rəhbəri Amazasp və Kozarev azərbaycanlılara xüsusilə şiddətli divan tutdular. Martın 31-də atəş daha geniş vüsət aldı. Döyüşlərin ən qanlı nöqtəsi Qoşa Qala qapısı və İsmailiyyə binalarının ətrafı oldu. Ermənilər Bakının cənub kəndlərinə də hücum etdilər. Hadisələr zamanı 30 mindən çox əhali öldürüldü. Sonralar Stepan Şaumyan boynuna almışdı ki, vətəndaş müharibəsi nəticəsində müsəlman əhali zərər çəkib.

Azərbaycanlıların kütləvi qırğını ətraf bölgələrdə də həyata keçirilmişdi. Qubaya Amazaspın rəhbərliyi altında böyük qoşun hissələri göndərilmişdi. Onlar şəhərə daxil olaraq iki min kişi, qadın və uşağı öldürmüşdülər. Amazasp qubalılar qarşısında çıxışında deyirdi: “Mən erməni xalqının qəhrəmanıyam. Mən buraya cəza dəstələri ilə gəlmişəm ki, iki həftə bundan qabaq burada öldürülən ermənilərin qisasını alım. Mən bura qayda-qanun yaratmaq və sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Mən Xəzər dənizinin sahillərindən Şahdağınadək bütün müsəlmanları məhv etmək, onların yaşayış yerlərini yerlə-yeksan etmək əmri ilə gəlmişəm”.

Ermənilərin 1918-ci ildə törətdikləri soyqırımına bugünkü Quba məzarlığı, Şamaxıdakı Cümə məscidi şahidlik edir.

Qubaya qədər Amazaspın köməyi ilə Avetisov və Petrov, Cümə məscidi də daxil olmaqla, Şamaxını dağıtmış, Lənkəran, Salyan, Kürdəmir əhalisinə divan tutmuşdu. Əminik ki, Şamaxıda aparılacaq qazıntılar erməni vəhşiliyinin yeni izlərini üzə çıxaracaq.

İlk baxışdan belə görünə bilər ki, 1918-ci il hadisələri daşnak Şaumyanın uydurduğu “vətəndaş müharibəsi” idi. Ancaq faktlar bunun tamamilə əksini söyləyir. Ermənilər 1918-ci ilin martınadək İrəvan quberniyasının 197 kəndini darmadağın edib, 10.626 nəfər türk əhali qırğına məruz qalıb. Qarabağ valiliyində 157 kənd ziyan çəkib, Bakı quberniyasında 33 yaşayış məntəqəsi büsbütün, 196-sı isə qismən dağıdılıb. Martın 30-dan aprelin 2-dək davam edən qırğında Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8.027 azərbaycanlı, o cümədən 2.560 qadın və 1.266 uşaq qətlə yetirilib.

Naxçıvan bölgəsi qırğınların ən dəhşətli səhnələrinin şahidi olub. Əmovu kəndinin sakinlərinin başına açılan müsibətləri yaşlılar ömürlərinin sonunadək unuda bilmədilər. Xatirələrdən sətirlərə diqqət yetirək: “Daşnaklar kəndin altında nəhəng tonqal qaladılar. Qadınları, kişiləri sürüyüb tonqalın ətrafına gətirirdilər. Dəstələrə bölünmüş daşnaklar kəndin ətrafında, dağlara üz tutan qadınları haqlayır, saçlarından tutub sürüyə-sürüyə tonqala gətirir, gücləri çatmadıqda elə oradaca baltalayır, doğrayırdılar…”.

Qırğın Cənubi Azərbaycan ərazisində, Türkiyənin ayrı-ayrı vilayətlərində də davam etdirilmişdi. Bakıda törətdikləri qırğınlardan ürəkləri soyumayan və Cənubi Azərbaycanın qərb hissəsində xristian hökuməti yaratmaq istəyən ermənilər Urmiya, Səlmas və Köhnəşəhərdə 130 mindən artıq yerli müsəlman əhalini son dərəcə amansızlıqla qırıb-töküblər. Həmin ərəfədə “general” Andranik başda olmaqla 8 min silahlı erməni Arazdan keçərək Xoy şəhərinə hücum edib, dəhşətli qırğın törətmişdi.

1918-ci ilin hadisələri düşünülmüş bir olay idi. Bu işin başında bolşeviklər partiyasının Qafqaz komitəsi və erməni “Daşnaksütyun” partiyası dururdu. Neft sənayeçilərindən olan Şəmsi Əsədullayevin oğlu Əsəd bəy 1929-cu ildə Almaniyanın Ştutqart şəhərində alman dilində çap etdirdiyi “Şərqdə neft və qan” əsərində yazırdı: “Erməni sərkərdələrindən olan Lalay (Şaumyan) 1917-ci ildə and içmişdi ki, müsəlmanlardan intiqam alacaq. KP-nın rəhbərlərinin əksəriyyəti ermənilər olduğu üçün daşnaklarla həmrəy idi”.

Əsəd bəy daha sonra yazır: “Xan qalası ətrafı müharibə meydanına çevrilmişdi. Bu müsəlman-erməni döyüşündə 14 nəfər neft mühəndisi öldürülmüşdü. 30 min nəfərin meyiti Bakı şəhərinin küçə və meydanlarını örtmüşdü”. Əsəd bəy xatirələrində öz evlərini də təsvir edir: “Bizim evə də hücum etdilər. Mən evimizin zirzəmisindən həyətdəki mənzərəyə baxırdım. Ermənilər 10 yaşı tamam olmayan iki uşağı ələ keçirib havada fırladaraq şəmşir ilə şişə çəkdilər. Hər şeylərini əldən vermiş bir dəstə silahsız müsəlman ağ kəfən geyib özlərini ermənilərin qəmə və qılınclarına sipər etdilər. Ermənilər uşaqlarına xəncər vermişdilər ki, onlar müsəlman məhbusların başlarını kəssinlər”.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış “Mart hadisələrini yoxlayan komissiya”nın üzvlərindən biri, xristian Qülqenin hazırladığı sənəddə deyilirdi: “Müsəlmanların sakin olduqları məhəllələrə girib əhalini öldürmüşdülər, şəmşirlə parçalamışdılar. Süngülərlə dəlik-deşik etmişdilər. Evlərə od vurub uşaqları bu oda ataraq diri-diri yandırmışdılar. 3-4 günlük südəmər uşaqları isə süngüyə taxmışdılar. Hadisənin sonunda 57 müsəlman meyiti müşahidə olundu ki, bunların qulaqları, burunları qoparılmış, qarınları yırtılmış, əzaları kəsilmişdi. Öldürmədikləri qadınları saçları ilə bir-birinə bağlayaraq tüfəng qundaqları ilə döyürdülər”.

Qülqe divarlara söykədilən çılpaq qadınların, itlərin gətirdiyi uşaq meyitlərinin fotoşəkillərini də çəkmişdi.

Göründüyü kimi, mart hadisələri düşünülmüş, məqsədli soyqırımı idi. S.Şaumyan özü də etiraf etmişdi ki, onlar yaranmış məqamdan istifadə edərək azərbaycanlıların fiziki cəhətdən məhvinə çalışırdılar: “Biz atlı dəstələrimizin silahlı basqınından istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik, bizim 6 minədək silahlımız vardı. “Daşnaksütyun”un 3-4 min nəfərlik milli hissələri … bizim sərəncamımızda idi. Sonuncuların iştirakı səbəbli vətəndaş müharibəsi milli qırğın xarakteri aldı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu surətdə getdik. Əgər onlar Bakını ələ keçirsəydilər, şəhər Azərbaycanın paytaxtı elan olunacaqdı”.

N.Nərimanov Şaumyana məktubda qeyd edirdi ki, “... bu hadisə Sovet hakimiyyətini ləkələdi. Əgər qısa vaxtda bu kölgə, ləkə təmizlənməsə, bolşevik iddiası və Sovet hökuməti möhkəmlənməyəcək. Silahla ələ alınan hakimiyyəti uzun müddət saxlamaq olmaz…”. Əslində isə nə ləkə təmizləndi, nə də günahkarlar cəzalandırıldı. Əksinə, cəzasızlıqdan “ruhlanan” ermənilər bolşevik dostlarının köməyi ilə yeni-yeni faciələr törətdilər. Azərbaycanda mart-aprel hadisələrini törədən bolşevik-daşnak qruplaşmasının məqsədi Bakı quberniyasında qələbə çaldıqdan sonra Gəncəni ələ keçirmək, bütövlükdə Azərbaycanı işğal etmək idi. Lakin 1918-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası düşmənlərin planını alt-üst etdi.

Mart hadisələrinə qiymət verən M.Ə.Rəsulzadə 1919-cu il martın 31-də “Azərbaycan” qəzetində yazırdı: “Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan atəşi-müqəddəsini söndürə bilmədi. … Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu kərə müstəqil bir hökumət şəkli ilə təcəlli etdi! Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu”.

Bu faktlar mart qırğınının xarakterini və erməniliyin iç üzünü göstərir. “Yaddaş gününün elan olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarı”nda Mart soyqırımına qiymət verilərək göstərilir ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımı nəticəsində Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 mindən artıq azərbaycanlını qətlə yetirib, evlərini talan edib, yüz minlərlə silahsız və günahsız əhalini didərgin salıblar. Təkcə Bakıda 30 minədək soydaşımız qanına qəltan edilib, Şamaxı qəzasının 58 kəndi dağıdılıb, 7 minədək adam, o cümlədən 1.653 qadın, 965 uşaq öldürülüb, Quba qəzasında 122 müsəlman kəndi yerlə-yeksan edilib. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 müsəlman kəndi vəhşicəsinə dağıdılıb, əhalinin xeyli hissəsi qılıncdan keçirilib. İrəvan qəzasında 88 kənd dağıdılıb, 1.920 ev yandırılıb, 131.970 nəfər öldürülüb. Törədilmiş faciələrin nəticəsi idi ki, İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 373.582 nəfər əvəzinə 1922-ci ildə cəmi 70 min nəfər olub, başqa sözlə, 5 dəfə azalıb.

Ermənilər XX əsrin sonlarında M.Qorbaçov “perestroykasından” ruhlanıb yenidən “miatsum” deyərək meydanlara axışdılar və Azərbaycana qarşı ərazi iddialarına başladılar. Mərkəz isə sanki bunları görmürmüş kimi 1990-cı ilin yanvarında Bakıda, 1992-ci ilin fevralında Xocalıda yeni faciələrin səbəbkarı oldu.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, 1.890 nəfər şəxsi heyəti olan 366-cı rus motoatıcı alayı, habelə xaricdən gətirilmiş muzdlular Xocalıya hücum etdilər. Müdafiəsiz qalan şəhər əhalisi, əsasən qadınlar, uşaqlar və qocalar Ağdam istiqamətinə üz tutdular. Əhalinin bir hissəsi qarlı-şaxtalı gecədə həlak oldu. Sağ qalanlar isə səhəri gün Qaraqaya adlı yerdə pusquda dayanan erməni əsgərlərinin gülləsinə tuş gəldilər.

Beləliklə, Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədildi. Hadisələr zamanı 613 nəfər, o cümlədən 106 qadın, 83 uşaq, 70 qoca öldürüldü, 1000-dən çox dinc sakin şikəst oldu, 1.275 nəfər əsir götürüldü, 8 ailə tamamilə məhv edildi. Həmçinin 56 nəfər diri-diri yandırıldı, gözləri çıxarıldı, başları kəsildi.

Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinə yalan məlumatlar verilirdi. Lakin bəzi mətbuat orqanları faciənin ermənilər və onlara yardım edən 366-cı motoatıcı alayı tərəfindən həyata keçirildiyini yazırdı. Londonun “Sandi Tayms” qəzeti 1992-ci il 1 mart tarixli nömrəsində erməni əsgərlərinin minlərlə ailəni məhv etdiyini, “Faynenşl Tayms” qəzeti 1992-ci il 9 mart tarixli buraxılışında ermənilərn Ağdama tərəf gedən dəstəni güllələdiklərini, 1200-dək azərbaycanlını məhv etdiklərini bildirirdi.

Londonun “Tayms” və Moskvanın “İzvestiya” qəzetləri 1992-ci il 4 mart, Parisin “Le Mond” qəzeti 1992-ci il 14 mart tarixli nömrələrində erməni vəhşiliyindən bəhs edərək qətlə yetirilənlərin başlarının kəsildiyini, kişilərin skalplarının soyulduğunu qeyd edirdi. “Faynenşl Tayms” (London) qəzeti 1992-ci il 14 mart tarixli nömrəsində general Polyakova istinadən 366-cı alayın tərkibində 103 erməni hərbçisinin olduğunu yazır, “Varel aktuel” jurnalı (Paris) 1992-ci il 14 mart nömrəsində erməni silahlı dəstələrinin tərkibində Yaxın Şərqdən olan ermənilərin, ASALA-nın Suriya və Livandakı hərbçilərinin iştirak etdiyini təsdiqləyirdi.

Hadisə yerində olan İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti R.Patrik yazırdı: “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyəti heç nə ilə haqq qazandıra bilməz”.

Müasir Azərbaycan bu gün sürətlə inkişaf edir. Onun yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Torpaqlarımızın 20 faizindən çoxu bu gün də işğal altındadır, bir milyondan artıq soydaşımız qaçqın və köçkün şəraitində yaşamağa məcbur edilib. Bütövlükdə, Ermənistanın təcavüzü nəticəsində ərazimizin 20 faizindən çoxu, yəni 17.000 kvadratkilometr torpaq sahəsi işğal altında qalıb. İşğal olunmuş ərazilərdə 6 minədək kənd təsərrüfatı və sənaye obyekti, 102 min yaşayış evi, 4.366 sosial-mədəni obyekt, 7 min ictimai bina, 693 orta məktəb, 855 məktəbəqədər müəssisə, 695 xəstəxana və digər tibb müəssisəsi, 10 məscid, 160 körpü, 368 klub, 927 kitabxana, 85 musiqi məktəbi, 464 muzey və tarixi abidə, 6 dövlət teatrı dağıdılıb, 800 kilometr dəmiryolu və avtomobil yolları, 15 min kilometr elektrik və qaz xətləri, 2.300 kilometr regional əhəmiyyətli su-kommunikasiya sistemləri sıradan çıxarılıb, 31 məscid, 9 tarixi saray, 1 milyon hektar kənd təsərrüfatı sahəsi, 250 min hektar meşə sahəsi, 200 palentoloji, geoloji abidə erməni separatçılarının əlinə keçib.

Hər bir diplomatiyanın arxasında güc durduğunu yaxşı dərk edən Azərbaycan xalqı iqtisadi cəhətdən daha qüdrətli, milli birlik baxımından daha sarsılmaz olmağa can atır. O, əlindən zorla alınmış torpaqlarını geri qaytarmağa və ərazi bütövlüyünü təmin etməyə qadirdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu