Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər özlərinin məhv edilmiş dayaq məntəqəsindən təbəssümlə “üz döndəriblər”

Ermənilər özlərinin məhv edilmiş dayaq məntəqəsindən təbəssümlə “üz döndəriblər”

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 12-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan endirilmiş nöqtəvi zərbə ilə Ermənistanın Movses kəndi üzərindəki dayaq nöqtəsinin məhv edilməsinin videogörüntülərini dərc edib: www.youtube.com/watch?v=I8-zgT3w-7c.

Az sonra “Google Earth” proqramı məhv edilmiş obyektin geolokasiyasını, dəqiq GPS koordinatlarını müəyyən edib: 40.911703°, 45.514172° (və ya 40°54'42.13"N, 45°30'51.02"E).

AZƏRTAC xəbər verir ki, həmin koordinatlara əsasən axtarılan yeri tapmaq, müvafiq bucaqları, landşaftı və digər detalları müqayisə edərək, lazımi müşahidə rakursu seçməklə asanlıqla yəqin etmək olar ki, bu, məhz videokadrlarda təsvir edilmiş dayaq məntəqəsidir. Onu da nəzərə almaq lazımdır ki, “Google Earth” proqramında aerofotoçəkiliş bu gün və ya dünən deyil, nisbətən çoxdan aparılıb. Ona görə də yaxın vaxtlarda qurulmuş bəzi tikililər fotoda aşkar görünmür. Bununla belə, landşaft eynidir və koordinatların düzgün təyin edilməsinə əsla şübhə yoxdur.

Videoçarxı aşağı sürətlə nümayiş etdirəndə 13-cü saniyədə idarə edilən raketin necə uçmasını və hədəfi dəqiq məhv etməsini görmək olar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu videonu dərc edən günün ertəsi sosial şəbəkələrdə erməni tərəfin “Azərbaycan Müdafiə Nazirliyindən növbəti feyk” sərlövhəli “cavab” videosu yerləşdirildi. Sonra belə bir qeyd edildi: “Əslində, onların dayaq məntəqəsi ermənilərin mövqelərindən məhv edilib” (bax: https://www.facebook.com/100039312158992/videos/281196619867408/). Guya bizim, yəni Azərbaycanın dayaq məntəqəsi ermənilər tərəfindən məhv edilib. Hazırlanmış “cavab” videosunda belə subtitrlər var (orfoqrafiyanı olduğu kimi saxlamışıq): “На видео, видно, что снаряд летит с южной стороны армянских постов из армянского села Мовсес” (“videoda göründüyü kimi mərmi Ermənistanın Movses kəndindən, ermənilərin postlarının cənub tərəfindən uçur”), daha sonra ikiqat təbəssüm işarəsi gəlir.

Erməni dığalarının bunu bilməsi zəruri deyil ki, kadrlarda hədəfə doğru uçan mərmi deyil, raketdir, bu raket ermənilərin mövqelərindən deyil, pilotsuz uçuş aparatından buraxılıb, həmin aparat isə istənilən nöqtədən (o cümlədən Movses kəndi tərəfdən) uça bilər. Təəccüblüsü başqa məsələdir: doğrudanmı onlar “Google Earth” proqramından istifadə etməyi öyrənərkən bir məqamı anlaya bilməyiblər ki, məhv edilmiş dayaq məntəqəsi, əvvələn, Azərbaycanın yox, Ermənistanın ərazisindədir (dövlət sərhədləri aşkar görünür); ikincisi, həmin məntəqə ermənilər tərəfdə, yəni ermənilərin mövqelərinin arxasındadır; üçüncüsü, xəritədə aşkar görünür ki, birbaşa Movses kəndindən qruntlu avtomobil yolları həmin məntəqəyə aparır, bu obyektdən Azərbaycan kəndlərinə isə heç bir yol yoxdur!

Əsla şübhə yoxdur ki, məhv edilmiş dayaq məntəqəsi Azərbaycana yox, Ermənistana aiddir, çünki o Ermənistan ərazisində, erməni mövqelərinin arxasında yerləşir və oradan erməni kəndinə aparan yol var.

Lakin az sonra ermənilər öz postlarından üz döndərdilər!

Erməni feyk yaradıcılarının məntiqində təəccüb doğuran daha bir məqam var. Fərz edək ki, həmin obyekt ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Bu halda ermənilər izah edə bilərlərmi, nəyə görə Azərbaycana məxsus pilotsuz uçuş qurğusu öz obyekti üzərində fırlanır və indicə erməni hərbçilərinin həmin obyekti necə məhv edəcəklərini çəkir? Bax, burada öz şərhlərində “Azərbaycan feykmeykerlərinin səhvlərinə gülən onlarca erməni istifadəçiləri beyinlərini qurdalayaraq az da olsa, düşünsələr pis olmazdı, çünki “Google Earth” proqramını açaraq məhv edilmiş obyektin erməni, yoxsa Azərbaycan obyektinə daha çox oxşamasını yoxlamağa tənbəllik edirlər.

Mərminin erməni mövqelərindən uçması məsələsinə gəldikdə isə bu uşaq-muşağa kiçik bir sirr açaq: mötəbər mənbələrdə göstərilir ki, Movses kəndinin özündə heç bir atəş nöqtəsi yoxdur. Belə mövqelərin harada olması Azərbaycan Müdafiə Nazirliyinə çox yaxşı məlumdur. Hədəfi mərmi deyil, zərbə pilotsuz uçuş aparatından buraxılmış, idarə edilən raket vurur. Bir daha təkrar edirik ki, həmin aparat istənilən yerdən, lap İrəvan tərəfdən də uça bilər.

Ermənilərin özlərinin məhv edilmiş obyektlərindən belə tezliklə imtina etməsi və həmin obyektlərin guya Azərbaycana məxsus olduğunu deməsi təəccüblü deyil: ermənilər eskalasiyanın birinci günündə Azərbaycan postunu ələ keçirmək cəhdi uğursuz olduqda geri çəkilməyə çalışan və bu zaman daha böyük fəlakətlə üzləşərək məhv edilmiş, meyitləri bir neçə gün uçurumun dibində qalıb iylənən xüsusi təyinatlılardan da üz döndərdilər (Azərbaycan tərəfin məlumatına görə, 17 belə meyit var).

Burada artıq nəinki ikiqat, hətta üçqat təbəssüm də çox yerinə düşərdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib