Ermənisayağı “təşəkkür”
Bakı, 11 aprel, Pərvanə Qarayeva, AZƏRTAC
Bu günlərdə İrəvanda antirusiya xarakterli mitinq keçirilib.
AZƏRTAC xəbər verir ki, Ermənistan paytaxtının mərkəzi meydanında keçirilən bu mitinqin iştirakçıları həm özlərinin belə adlandırılan “strateji müttəfiqi”nin, həm də şəxsən Rusiya Prezidenti Vladimir Putinin ünvanına söyüş yağdırıblar.
Biz mitinq iştirakçıları tərəfindən Rusiya liderinin hansı təhqirlərə məruz qaldığını göstərən sözləri, əlbəttə, sitat gətirməyəcəyik. Lakin həmin biabırçı tədbirdən çəkilmiş qısa kadrlarla tanış olan hər kəs azğınlaşmış kütlənin reallıqdan tam uzaq olan sözlərini açıq-aydın eşidə bilib. Bu, çox xoşagəlməz, iyrənc hisslər doğurur. Bütün sosial şəbəkələrdə yayılmış həmin kadrlar həm rusiyalıların, həm də başqa ölkələrin vətəndaşlarının haqlı hiddətinə səbəb olub.
Bu qədirbilməz ermənilərə şəxsən Rusiya dövlətinin rəhbərinin nə pisliyi dəyməsini bilmirik, lakin görünür, onlar 44 günlük müharibənin son günündə - Azərbaycan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin azad edilməsi xəbəri gələndə Xankəndi-Heyvalı-Basarkeçər şosesində yaranmış bir neçə kilometrlik tıxacı çox tez unudublar.
Biz bu yazıda Azərbaycan Respublikasının Qarabağ iqtisadi regionunda erməni elementinin, erməni silahlı bandalarının hələ də qalmasının, Xankəndinin mərkəzində hələ də dalğalanan erməni bayrağının bu regionun Azərbaycandan ayrılacağına ümidini hələ də itirməyənlərin ürəyinə toxtaq verməsinin səbəblərini təhlil etməyəcəyik. Əslində, buna heç bir ehtiyac yoxdur, çünki vəziyyətlə tanış olan adamların heç biri sülhməramlıların (müvəqqəti də olsa) bu regiona gətirilməsində və əhalinin oradan tamamilə köçüb getməsinin qarşısını almaqda kimin bilavasitə iştirak etdiyinə əsla şübhə etmir.
Qədirbilməzliyin dərəcəsi heyrət doğurur. Ermənilər müxtəlif dövrlərdə sözün hər mənasında qeyri-loyal olmuş və əhalinin kürəyinə zərbələr endirmiş adamlara nahaq yerə himayədarlıq etmiş başqa ölkələrə münasibətdə də eyni ilə bu cür qədirbilməzlik nümayiş etdiriblər. Osmanlı İmperiyasında ermənilərin xəyanətkarlığını yada salaq. Erməni partiyalarının Rusiya imperiyasında törətdiyi terror aktlarını xatırlayaq. Yaxın keçmişə aid daha bir faktı - 1990-1991-ci illərdə erməni banditləri tərəfindən sovet əsgərlərinə hücumları yada salaq. Xəyanətkarlıq ermənilərin xislətindədir.
Başqa bir məqam da heyrət doğurur. Deyək ki, hər bir insanı tənqid etmək olar. Lermontovun “Yuyunmamış Rusiya” haqqında şeirlərini deklamasiya demək olar - ultraradikal millətçi “Milli demokratik qütb” hərəkatının (keçmiş “Sasna srer” terror təşkilatı) liderlərindən olan Vaqe Qasparyanın pafosla söylədiyi kimi. Tənqid etmək olar, lakin tənqidin müəyyən etnik çərçivələri mövcuddur. İrəvanın mərkəzində, Rusiya səfirliyinin lap yaxınlığında rusların ünvanına, bu regiona sülhməramlı qüvvələrin gətirilməsi təşəbbüsünün müəllifinin ünvanına söyüş yağdırmaq olarmı! Erməni xalqının qondarma “min illik mədəniyyəti” budurmu?
Lakin vaxt gələcək, - hökmən gələcək! - bu gün Prezident Putinin ünvanına çirkab yağdıran ermənilər yenə ondan kömək istəyəcəklər. Deyəcəklər: Gəl bizi xilas et, sənin enli kürəyin arxasında “türklərin” ünvanına yumruq silkələməyi davam etdirə bilək.
Yox, müraciət etməyəcəklər, diz çöküb yalvaracaqlar və elə dünən həmin adamın ermənilər üçün söyüş obyekti olmasını tezliklə unudacaqlar.
Nə etmək olar. Unutqan sosium hər mənada unutqandır.