Ermənistan ordusunda ehtiyata buraxılmaq istəyən hərbçilərdən rüşvət tələb olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq və korrupsiya halları bu ölkədə ən çox müzakirələrə və mübahisələrə səbəb olan mövzudur.
AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu günlərdə daha bir rüşvət qalmaqalı Ararat vilayətinin Armaş yaşayış məntəqəsində yerləşən hərbi hissədə baş verib. Burada xidmət edən bir neçə hərbçi tərxis olunmaq üçün komandanlığa müraciət edib.
Müraciətlərinə uzun müddət cavab almayan şəxslər bunun səbəbi ilə maraqlanıblar. Cavabında isə ehtiyata buraxılmaq istəyən erməni hərbçilər Edqar Zavtilyan, Artur Volodyan, Qriqori Qriqoryandan külli miqdarda rüşvət tələb olunub. Erməni hərbçilər müraciətlərinə müsbət cavab verilməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]