ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİNİ ATƏŞƏ TUTMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 8-də saat 13.30-dan 13.35-dək Berd rayonunun Ayqepar kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini, saat 18.20-dən 18.45-dək İcevan, Noyanberyan rayonlarının Berkaber və Voskevan kəndləri ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.10-dan 18.35-dək Füzuli rayonunun Qərvənd kəndi, saat 19.15-dən 19.20-dək, 23.25-dən 23.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 21.20-dən 21.35-dək Tərtər rayonunun Göyarx kəndi, saat 22.20-dən 22.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.30-dan 22.45-dək Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 9-da saat 00.30-dan 00.45-dək Tərtər rayonunun Çaylı kəndi, saat 1.30-dan 1.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.