ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ QAZAX, TOVUZ VƏ XOCAVƏND RAYONLARINDA ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 7-də saat 18.45-dən 18.50-dək və sentyabrın 8-də saat 4.20-dən 4.35-dək Noyanberyan və Berd rayonlarının Voskepar, Çinari kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Əskipara və Tovuz rayonunun Koxanəbi kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 7-də saat 19.12-dən 19.17-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.