Ermənistan təhlükəsizlik xidmətinin sabiq rəhbəri Paşinyana sui-qəsd hazırlamaqda şübhəli bilinir
Bakı, 14 noyabr, AZƏRTAC
Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin qurumun sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanı hakimiyyəti ələ keçirmək və baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaq şübhəsi ilə saxlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Artur Vanetsyanın vəkili Lusine Saakyan özünün “Facebook” səhifəsində yerləşdirib.
“Bu gün Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinə çağırılıb və orada saxlanılıb. Ona qarşı hakimiyyəti ələ keçirmək və Nikol Paşinyana sui-qəsd hazırlamaq barədə uydurma ittiham irəli sürülüb”, - vəkil belə yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]