Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın faşizm ideologiyasına sadiqliyinin növbəti nümunəsi

Ermənistanın faşizm ideologiyasına sadiqliyinin növbəti nümunəsi

Bakı, 16 iyul, AZƏRTAC

Ermənistan dövləti uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir və tez-tez sərhədboyu ərazilərdə təxribatlar törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur, hərbçiləri, günahsız mülki əhalini vəhşicəsinə qətlə yetirir, bununla da faşizm ideologiyasına sadiqliyini nümayiş etdirir. Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Bu, işğalçı qüvvələr tərəfindən həyata keçirilən birinci hərbi təxribat deyil. Çünki son bir neçə ay ərzində belə hərbi təxribatlar nəticəsində cəbhə bölgələrində hərbçilərimiz, mülki şəxslər həlak olublar.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Çingiz Qənizadə deyib: “Təəssüf ki, hər dəfə də beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmişə olduğu kimi, neçə il bundan əvvəl hazırlanmış söz yığımından ibarət olan “bəyanat” yaymaqla işini bitmiş hesab edir. Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisini artilleriya qurğusundan atəşə tutub, mülki əhali, hərbçilər qətlə yetirilib, evlər dağıdılıb. Rusiyalı politoloqlar da təklif edirlər ki, ATƏT-in Minsk qrupu dərhal buraxılsın. Politoloqlar bildirirlər ki, əgər bu təşkilat heç nəyə nəzarət edə bilmirsə, onun qalmasının heç bir faydası yoxdur.

Hadisələrin gedişi göstərir ki, özümüz-özümüzü müdafiə etməliyik. Çünki beynəlxalq təşkilatların siyasi riyakarlığı Ermənistanı daha da quduzlaşdırır. Son hadisələr də göstərdi ki, qüdrətli Azərbaycan Ordusu işğalçı siyasətə adət etmiş Ermənistan silahlı qüvvələrinin cavabını layiqincə verdi. Əlbəttə, özümüz -özümüzü müdafiə etməliyik. Beynəlxalq təşkilatlardan kömək gözləməyin mənası yoxdur. Otuz ilə yaxındır ki, Ermənistan işğalçı siyasətindən əl çəkmir. Bu müddət ərzində ərazilərimizin 20 faizini işğal edib. Hansı beynəlxalq təşkilat işğalçı ölkəyə sanksiya tətbiq olunması barədə qəti mövqe ortaya qoyub? Bu işdə əsas vəzifə ATƏT-in Minsk qrupunun üzərinə düşür. Bu qurumun fəaliyyətsizliyi, ikili standartı, tərəfkeşliyi göz önündədir. Nə yaxşı ki, işğalçını yerində oturtmağa qadir olan qüdrətli ordumuz var. Ermənilərin sonuncu təxribatının qarşısının alınmasında Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksək səviyyədə olması bir daha özünü büruzə verdi. Azərbaycan xalqı ərazi bütövlüyümüzün təmin olunmasında ordumuzun və Ali Baş Komandanın ətrafında sıx birləşib. Bu həmrəylik taleyüklü məsələlərdə həlledici rol oynayır. Ermənistanın baş naziri düşünür ki, xarici təhlükə adı altında ölkəsində müxalifəti tərksilah edəcək, hakimiyyətə qarşı formalaşmış təhlükəni aradan qaldıra biləcək və əsas istiqaməti sərhədboyu ərazilərdə təxribata yönəltməklə hakimiyyəti bir qədər də əlində saxlamağa nail ola biləcək. Lakin Ermənistanda artıq etiraz aksiyaları başlayıb, sosial şəbəkələr isə Paşinyan hakimiyyətini çox ciddi tənqid edirlər. Azərbaycanda isə demək olar ki, hamı ayağa qalxıb təcavüzkara qarşı vuruşmağa hazır olduğunu bildirdi. Ölkəmizdə bəzi şəxslər və təşkilatlar tərəfindən bununla bağlı xaotik təşəbbüslər və sosial şəbəkələrdə çağırışlar var. Belə çağırışlar bir tərəfdən alqışlansa da, digər tərəfdən silahlı qüvvələrimiz haqqında müəyyən fikir formalaşdıra bilər. Bizim çox güclü, qüdrətli ordumuz var. Bu ordu Ali Baş Komandanın əmri ilə hər an düşmənə ağır zərbə vurmağa hazırdır. Yeri gəlmişkən, BMT Nizamnaməsi işğala məruz qalan ölkəyə müharibə, müdafiə hüququ verir. Biz işğala məruz qaldığımızdan bu hüquqdan tam istifadə etməyə haqqımız çatır. Biz işğal altında olan torpaqlarımızı azad etmək üçün müharibə aparsaq belə, BMT Nizamnaməsi və beynəlxalq hüquq bizim tərəfimizdə olacaq.

Təəssüf ki, bu hadisələrdən istifadə edib aranı qarışdıran, ordumuzu gözdən salan təbliğat aparan, xarici ölkələrdə oturub xalqın “qayğısına” qalanlar xeyli fəallaşdılar. Belələrinə yalnız xəyanətkar adı vermək olar. Mən həmin şəxslərdən bəzilərinin adını çəkmək istərdim. Sabiq Müdafiə naziri Rəhim Qazıyev. Bu adam hansı üzlə xalqın qarşısına çıxıb çağırışlar edir? Müdafiə naziri olarkən buraxdığı səhvlər, kim bilir, bəlkə də bilərəkdən yol verdiyi “nöqsanlar” bu gün də özünü göstərir. Yəni, bu adam etdiklərini unudubmu? Mənə elə gəlir ki, onda azacıq da olsa, vətənpərvərlik hissi qalmayıb. Məgər o, Azərbaycanın nizami, güclü qüdrətli ordusunu görmürmü? Bu ordu 2016- cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinə divan tutmadımı? 26 ildən artıq işğal altında olan Naxçıvandakı 11 min hektar ərazini azad etmədimi? Sərhəd bölgələrində strateji əhəmiyyətli yüksəklikləri bizim ordumuz ələ keçirmədimi? Elə Tovuz hadisələrində düşmənin hərbi bazasını, artilleriya qüvvəsini bizim ordumuz dağıtmadımı? Rəhim Qazıyev bunları görmürsə, demək, həkimə ehtiyacı var. Rəhim Qazıyev, xarici ölkələrdə bir qarın çörəyə vətəni satan Qənimət Zahid və sosial şəbəkə dəllalları ölkəmizin müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymaqla anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirlər. Belələri dövlət əleyhinə açıq çağırışlar etməklə, erməni dəyirmanına su tökürlər. Cəbhədə baş verən hadisələr barəsində ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, belə xəyanətkarlar məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyətini özlərinə və düşmənə sərf edən şəkildə təhrif edir, həqiqətə uyğun olmayan xəbərlər yaymaqla ölkəmizin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edirlər. İndiki şəraitdə insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar edənlər layiqli cəzalarını almalıdırlar. Onsuz da belə xəyanətkarlara inanan yoxdur. Hər halda günahkar cəzasız qalmamalıdır”.

Hüquq müdafiəçisi qeyd edib ki, həmişə olduğu kimi, bu dəfə xalq Prezidentlə bir yerdə olduğunu nümayiş etdirdi. Kimliyindən, mövqeyindən asılı olmayaraq, belə məqamlarda hamı birləşməli, milli həmrəylik nümayiş etdirməlidir. Rəhim Qazıyev, Qənimət Zahid və bəzi sosial şəbəkə dəllallarının birləşməsinə ehtiyac yoxdur. Onsuz da belələrinin xisləti buna yol verməz. Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımız hər zaman olduğu kimi, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın ətrafında sıx birləşdi. Milli həmrəylik, vətəndaş-dövlət vəhdəti həmişə qalib gəlib. Biz sonuncu hadisədə bunun şahidi olduq. Artıq ölkəmizdə 43 siyasi partiya bəyanat imzalayaraq, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyini bəyan edib. Bəyanatda qeyd edilir ki, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik. Bu, Prezident İlham Əliyevə olan inam və etimadın bariz nümunəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb

Azərbaycan nefti 124 dollara satılır

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam etdirilir

ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

Bu gün Ümumdünya Serebral İflic Günüdür

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək