Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın Gəncəni vurmaqla hədələməsi bu dövlətin terrorçu olduğunu bir daha təsdiqləyir

Ermənistanın Gəncəni vurmaqla hədələməsi bu dövlətin terrorçu olduğunu bir daha təsdiqləyir

Bakı, 21 avqust, AZƏRTAC

2016-cı ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən bir-birinin ardınca acınacaqlı məğlubiyyətə uğradılması bu ölkədə siyasi böhranı daha da dərinləşdirib. Həmin vaxta qədər işğalçı ölkə öz ordusunun məğlubedilməz olması barədə mif yaradırdı. Lakin 2016-cı ilin Aprel döyüşlərində həm mənfur qonşumuza, həm də dünya birliyinə məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi hər an azad etməyə qadirdir. Həmin döyüşlərdə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsi, 25 il düşmən əsarətində qalan 2 min hektardan çox ərazimizin Silahlı Qüvvələrimizin nəzarətinə keçməsi, Şərur rayonunun 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Günnüt kəndinin 26 ildən sonra - 2018- ci ildə düşməndən təmizlənməsi Azərbaycan Ordusunun gücünün göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdilər. Lakin bu dəfə də, necə deyərlər, “daş qayaya rast gəldi” - Ermənistan hərbçiləri böyük itki verərək geri çəkildi. Təcavüzkar ölkənin rəhbəri dərhal müxtəlif ölkələrə bəyanatlar göndərərək, guya, təxribatın Azərbaycan Ordusu tərəfindən törədilməsi barədə yalan məlumatlar yaydı. Ancaq onun bu yalanlarına inanan olmadı. Bir daha gördülər ki, yenilməz Azərbaycan Ordusu qarşısında zəif və acizdirlər.

Tovuz əməliyyatında da uğursuzluğa düçar olan Ermənistan tərəfi indi müxtəlif şayiələr yaymaqla Azərbaycan əhalisi arasında qorxu yaratmaq istəyir. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan Gəncəni vurmaqla ölkəmizi təhdid edir. Onun respublikamızı hədələməsi barədə məlumatlar, əslində, ermənilərin özlərini qorumaq məqsədilə təşkil olunmuş şayiədir. Bizdə belə bir el məsəli var: “Hürəyən it tutağan olmaz”. İndi qondarma rejimin başçısının da hədə-qorxusu buna bənzəyir. Görünür, Araik Aratunyan Tovuzdakı uğursuzluqdan sonra Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd olduğundan belə təxribatlara çətin gedər.

Əslində, separatçıların içərisində özünə müsbət imic yaratmaq istəyən qondarma rejimin başçısı Araik Aratunyan Azərbaycanı Gəncəni vurmaqla hədələməklə özünə imic formalaşdırmaq istəyir, ancaq bunun əksi olaraq, özünü gülünc vəziyyətinə salır. Söz yox ki, Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib və bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Ancaq, necə deyərlər, it onun qulağını kəsəndən qorxar. Ermənistan ordusunun “qulağı artıq bir neçə dəfə kəsilib”.

“Xatırlayırsınızsa, əvvəllər də Ermənistan Azərbaycanı Sərsəng Su Anbarını və Mingəçevir Su Elektrik Stansiyasını partlatmaqla hədələyirdi. Düşmənlərimiz Sərsəng Su Anbarının təyinatını dəyişdirmək və onu Azərbaycana qarşı ekoloji terror vasitəsinə çevirmək üçün cəhd göstərsə də, heç nəyə nail ola bilmədilər. Faşist xislətli ermənilər dəfələrlə Azərbaycanın hərbi obyektləri ilə yox, insanların yaşadığı şəhərlərlə, mülki obyektlərlə təxribata başlayır və həmişə də uğursuzluğa düçar olurlar. Bu dəfə də Gəncəni hədəf seçməklə yeni qorxu, gərginlik yaratmaq istəyirlər. Gözləmək olardı ki, ATƏT-in Minsk qrupu Ermənistanın növbəti təxribat planına, heç olmasa, söz yığınından ibarət olsa da, bəyanatla cavab verər. Təəssüf ki, bunu da etmədi. Dünya birliyinin Ermənistanın təcavüzkar bəyanatlarına ikili standartlardan yanaşması bu ölkəni daha qorxulu planların həyata keçirilməsinə yönəldir və getdikcə daha da quduzlaşdırır”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Ç.Qənizadə bildirib ki, Azərbaycanı Gəncəni vurmaqla hədələyənlərin dar düşüncəli olmaları özünü açıq şəkildə büruzə verir. Unudurlar ki, əgər onlar Gəncəyə qarşı hansısa məkrli planı həyata keçirməyə hazırlaşsalar, Azərbaycan Ordusunu Xankəndidə görəcəklər və ordumuzun ciddi təzyiqini Yerevanda hiss edəcəklər. Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, təəssüf ki, bu dəfə də “ağızlarına su alıblar”. Otuz il ərzində belə təxribatçı bəyanatlara diqqət yetirməmək, susqunluq nümayiş etdirmək insan hüquq və azadlıqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq təşkilatlara, o cümlədən qüdrətli dövlətlərə olan inamı, etimadı azaldır.

Qondarma cinayətkar rejimin başçısı Araik Aratunyan Azərbaycanı təhdid edərək Gəncəni vuracaqları ilə hədələməsi ermənilərin faşist xislətinin növbəti təsdiqidir. Ona görə də qondarma rejimin başçısı Araik Aratunyanın bu təhdidi dünya birliyi tərəfindən ciddi qəbul olunmalı və nəzarətə götürülməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram