Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə

Ermənistanın seçimi: qeyri-müəyyənlik yeni mərhələdə

Bakı, 5 iyul, AZƏRTAC

Ekspertlər Ermənistanda son dövrlərdə müşahidə edilən proseslərin geosiyasi qiymətləndirilməsində ziddiyyətli məqamların mövcudluğunu vurğulayırlar. Konkret olaraq, R.Koçaryanın yenidən həbs edilməsi və AŞPA-da Rusiya məsələsinin müzakirəsi zamanı erməni deputatların müəmmalı davranışı fonunda müxtəlif proqnozlar irəli sürülür. Hesab edilir ki, rəsmi İrəvan konstruktiv və reallığa uyğun hərəkət etmir. Bunun mümkün nəticələri kimi Ermənistanın daha ciddi geosiyasi təcrid vəziyyətinə düşməsi göstərilir. Daxildə isə proseslərin gərginliyi artdıqca sosial partlayışın mümkünlüyü istisna edilmir. Bütün hallarda Ermənistanda siyasi böhranın dərinləşməsi fonunda xarici siyasətdə qeyri-müəyyənliyin də yüksəldiyi müşahidə edilir. Həmin kontekstdə bir sıra məqamlar üzərində geniş dayanmağa ehtiyac görürük.

Hakimiyyətin mart sindromu: Ermənistan hüquq sisteminin ziddiyyətləri

Robert Koçaryan həbs edildikdən sonra Rusiya-Ermənistan münasibətləri haqqında daha çox neqativ tonda danışmağa başlayıblar. Rusiyalı ekspertlər Vladimir Putinin şəxsən telefonla danışdığı və ad günü münasibətilə təbrik etdiyi R.Koçaryanı İrəvan məhkəməsinin yenidən həbsə atması səbəblərini analiz etməyə çalışırlar. Maraqlıdır ki, bu hadisəni AŞPA-da Rusiya ilə bağlı səsvermədə Ermənistan nümayəndə heyətinin davranışı ilə də əlaqələndirməyə çalışır, daha konkret desək, hər iki hadisəni düşünülmüş şəkildə Rusiyaya qarşı atılmış addım kimi qiymətləndirirlər.

Problemin mahiyyəti doğrudan da dərin geosiyasi məqamlarla bağlıdır. Rəsmi İrəvan son iki ildə çox qeyri-müəyyən, məntiqsiz və riskli xarici siyasət yeridir. Nikol Paşinyan müstəqillik və demokratiya adı altında müasir tələblərə cavab verməyən və izahedilməz addımlar atır. Məsələ heç də onun Qərb və ya Rusiyaya meyil etməsi ilə bağlı deyil. Ermənistanın xarici siyasətində "müstəqillik", "suverenlik" kimi anlayışlar orta əsr təfəkkürü ilə təqdim edilir. Onun məzmunu belədir ki, kim Ermənistanın şovinist, işğalçı və tamamilə quldurluq və banditlik ruhlu istəklərinə razıdırsa, "sivil" və "mədəni", bununla razılaşmayanlar isə düşməndirlər. Məhz həmin düşüncə ilə də Ermənistan Rusiya, Belarus və Qazaxıstandan Azərbaycanla əməkdaşlığı dayandırmağı tələb etməyə cəhd göstərdi. Və lazımi cavabını alıb, lal oldu.

Bundan başqa, N.Paşinyan İrana və Avropaya səfərlərində radikal tərzdə müasir hökumət başçısına yaraşmayan məntiqlə Azərbaycan və Türkiyəni müəyyən məqamlarda ittiham etməyə çalışdı. Hətta İranda Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ifadə edən yüngül hərəkətlər belə etdi. Bu, İran cəmiyyətində geniş etiraz yaratdı və Tehran bir sıra məqamları izah etməli oldu. Bununla N.Paşinyanın xırda bir radikal olmasına şübhə yeri qalmadı. Amma məsələ bundan ibarətdir ki, bəzi dairələr onun bu zəifliyindən istifadə edərək Cənubi Qafqazı qarışdırmağa davam edir.

Biz R.Koçaryanın yenidən həbs edilməsini nəzərdə tutmuruq. Bu adam cinayətkardır və Azərbaycan məhkəmələrində mühakimə olunmalıdır. Lakin indi Ermənistandan onun Azərbaycana ekstradisiyası haqqında danışmağın yeri yoxdur. Bununla belə, Ermənistanın ikinci prezidentini müdafiə etmək üçün onun qulbeçələri Azərbaycan faktorundan maksimum istifadə etməyə çalışırlar.

Belə ki, faktiki olaraq, R.Koçaryanın Azərbaycanda törətdiyi cinayətlərin müxtəlif fraqmentlərini qəhrəmanlıq donunda təqdim edirlər. Aydın olur ki, hansı erməni günahsız insanlara qarşı daha çox cinayət işlədibsə, onlar Ermənistanın milli qəhrəmanlarıdırlar. Bunun beynəlxalq hüquqa nə dərəcədə uyğun olduğunu hüquqşünaslar daha yaxşı bilərlər. Ancaq mənəvi baxımdan rəzalət olduğunu, orta əsr təfəkkürünün qalıqlarının müasir Ermənistan siyasi elitasının siyasi şüurunun başlıca qatını təşkil etdiyini deyə bilərik. Daha düşündürücüsü odur ki, bu kimi faktorlardan Ermənistan-Rusiya münasibətlərinin vacibliyini sadə ermənilərə çatdırmaq üçün istifadə edirlər. Belə çıxır ki, R.Koçaryan kimilərin cinayətləri Moskvadan idarə edilirmiş və məhz bəzi xidmətlərinə görə indi bu erməni siyasətçini Moskvada müəyyən dairələr müdafiə edir. Əks halda, R.Koçaryanın Dağlıq Qarabağda etdiyi cinayətləri həm "milli qəhrəmanlıq", həm də "Rusiya-Ermənistan dostluğunun əsas elementlərindən biri" kimi təqdim etməyin məntiqi izahı varmı?

Hər bir halda aydın görünür ki, Ermənistanda heç zaman insanlara uyğun gələn və hüquqa əsaslanan münasibət olmayıb. N.Paşinyan tərəfdarları deyirlər ki, R.Koçaryan konstitusiyanı pozub. Əks tərəf isə sual edir ki, "bir halda ki, R.Koçaryan seçkini udmuşdu, konstitusiyanı niyə pozmalı idi?". Bundan başqa, həmin proseslərdə N.Paşinyan küçədə imiş və həbs edilib. Lakin 7 il əvəzinə 5 ilə həbsdən çıxıb, sonra bir il müddətində deputat olub və nəhayət, indi baş nazirdir. Kimsə tərəfindən siyasi qabiliyyəti tanınmayan, idarəçilik təcrübəsi olmayan birisinin bu dərəcədə sürətlə hakimiyyətə yiyələnməsi hansı məsələlərdən xəbər verir?

Dolaşıqlıq: rəsmi İrəvanın qeyri-adekvat addımları

Bütün bunların fonunda ekspertlər daha iki məqama diqqət yetirirlər. Birincisi, Moskva N.Paşinyanın hərəkətlərinə hələlik təmkinlə yanaşır. Hətta onunla yeni silah və hərbi texnika verilməsi ilə bağlı müqavilə də imzalayır. İkincisi, Ermənistandan olan deputatlar AŞPA-da açıqca antirusiya mövqeyi tuturlar. Rusiya ilə bağlı məsələnin müzakirəsi zamanı erməni deputatlar qeyri-müəyyən mövqe tutublar. Onlardan biri hətta "düymələri səhv saldığı"nı deyib. Yəni bu, o qədər primitiv bəhanədir ki, şərhə ehtiyac yoxdur. Lakin Kreml özünü bu kimi hallara laqeyd kimi göstərir. Rusiya sanki N.Paşinyanı heç "görmür". Onun nə etməsindən asılı olmayaraq, Moskva Ermənistanı himayə edir.

Bir sıra ekspertlər bununla bağlı deyirlər ki, Moskva, sadəcə, N.Paşinyanın özünü tam nüfuzdan salmasını gözləyirlər. Rusiya hesab edir ki, yeni erməni hakimiyyətinin populist mövqeyinə gec və ya tez Ermənistan cəmiyyətində reaksiya olacaq. O zaman Moskva hərəkətə keçə bilər. Bu proqnozun nə dərəcədə reallığa uyğun olduğunu demək çətindir. Lakin İrəvanda Rusiyaya qarşı müəyyən çağırışların edilməsi də ekspertlərdə maraq doğurur.

N.Paşinyanın komandasında Rusiyadan Ermənistan iqtisadiyyatının "açarı"nın alınmasından danışırlar. Onlar deyirlər ki, indi Ermənistan iqtisadi sistemi, faktiki olaraq, Rusiyanın əlindədir. Bunu KİV daim yazırdı, ancaq Ermənistan hakimiyyəti və ona yaxın KİV-lər hansısa "möhtəşəm iqtisadi layihələr"dən bəhs edir, "Paşinyanın böyük müstəqil layihələrə imza atmasından" danışırdılar. Artıq özləri də açıq etiraf edirlər ki, Ermənistanın real iqtisadi addımları Kremldə müəyyən olunur. N.Paşinyan aciz bir fiqurdur.

Bütün bunlardan geosiyasi nəticələr çıxarmaq olar. Hər şeydən öncə, deyilməlidir ki, Ermənistanın xarici siyasəti tam dolaşığa düşüb. Rəsmi İrəvan, sözün həqiqi mənasında, nə edəcəyini bilmir. Hələlik sırf şovinist və radikal çağırışlardan başqa bir şey danışa bilmirlər. Onun da müəyyən müddəti var. Çünki insanlar real nəticə görməyəndə, ən çılğın fikri belə qəbul etmirlər.

Verilən vədlərə baxmayaraq, Ermənistan Azərbaycanla münasibətlərdə hər hansı bir irəliləyiş əldə etməyincə, bunun mənfi təsiri mütləq olacaq. Belə bir vəziyyətdə nə qədər radikal fikir səslənsə də, cəmiyyət inanmayacaq. O halda Ermənistanda sosial partlayış qaçılmaz olacaq.

Bununla yanaşı, Ermənistanın Rusiya və İranla münasibətlərində ziddiyyətlərin artması ölkədə siyasi böhranı dərinləşdirir. Belə informasiyalar yayılır ki, Amerika Ermənistanın İranla sərhədlərinə nəzarətə can atır. O cümlədən Azərbaycanın işğal edilmiş bölgələrinin olduğu hissəyə göz dikilib. Bu məkandan İrana qarşı fəaliyyət üçün istifadə oluna bilər. Guya Rusiyanın da buna qarşılıq planları var. Moskva Ankara və Bakı ilə əlaqələri gücləndirir.

Ermənistan mediasının bu cür şayiələr yayması, ilk növbədə, daxildə insanların diqqətini əsas problemlərdən yayındırmaq üçündür. Mifik düşmən obrazı yaradıb, başlıca vəzifənin onunla mübarizə aparmaqdan ibarət olduğunu aşılamağa çalışırlar. Lakin reallıqda Rusiya və İranla münasibətlərdə ziddiyyətlər daha da artıb. Bunun da əsas səbəbi Ermənistanın son vaxtlar özünü Qərbin "dostu" kimi göstərməyə çalışması ilə bağlıdır. Deməli, Ermənistan hələ də regionun əsas risk qaynağıdır. Bunun belə davam etməsi ciddi fəsadlar verə bilər.

Beləliklə, Ermənistanın xarici siyasəti özünün növbəti qeyri-müəyyənlik mərhələsinə qədəm qoyub. Onun qonşu dövlətlərlə münasibətləri daha gərgin səviyyəyə yüksəlməkdədir. Faktiki olaraq, heç bir region dövlətinin Ermənistanla normal münasibəti yoxdur. Bunun uzun müddət davam edəcəyinə ümid bəsləmək sadəlövhlük olardı.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO