Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri: qarşıdurmalar güclənir

Ermənistanın siyasi səhnəsinin ziddiyyətləri: qarşıdurmalar güclənir

Rəsmi İrəvanın yarıtmaz daxili və xarici siyasəti Ermənistanın qarşısına daha ciddi geosiyasi, hərbi və iqtisadi problemlər çıxarmaqdadır. Ekspertlər bununla bağlı apardıqları analizlərində maraqlı tezislər irəli sürürlər. Onların hər biri üçün xarakterik olan cəhət Cənubi Qafqazın müstəqilliyi sırf simvolik xarakter daşıyan, faktiki olaraq kənardan idarə olunan bu forpost ölkəsində siyasi ziddiyyətlərin yeni səviyyəyə yüksəlməsi ilə bağlıdır. Əsl səbəbkar kimi Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə əməlləri arasında uçurumun yaranması göstərilir. Məsələn, korrupsiya ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsinin həlli, siyasi opponentlərə qarşı qərəzli davranmama, Rusiya ilə əlaqələrə zərər verməmə və s. kimi sözlərə əməl edilmir. Əvəzində, Ermənistanın siyasi səhnəsində yerliçilik meyilləri daha da güclənir. Klanlar arasında mübarizə kəskinləşir. Siyasi mövqeyinə görə adamları həbsə atırlar. Bütün bunlar iqtisadi durumun daha da ağırlaşması və xarici siyasətdə fiaskoların artması ilə müşayiət olunur. Bu cür gedişat Ermənistanın siyasi mühitini hansı istiqamətlərə apara bilər? Bu məsələ üzərində geniş dayanmağa ehtiyac görürük.

Parçalanma: "inqilab"dan sonrakı uçurum

Nikol Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanda siyasi böhranı daha da dərinləşdirdiyini artıq ekspertlər açıq etiraf edirlər. Öncə "erməni məxməri inqilabı" ifadəsini işlədənlər indi baş verən hadisələrin əsl mahiyyəti barədə baş sındırırlar. Onlar daha çox erməni siyasi mühitində meydana çıxan parçalanmanın məzmununu müəyyənləşdirməyə çalışırlar. Bir qayda olaraq belə nəticə alınır ki, Ermənistan yeni siyasi mərhələ başlayıb. Onun başlıca xüsusiyyəti ziddiyyətlərin kəskinləşməyə doğru getməsi və bunun fonunda elektoratın monolitliyinin birdəfəlik pozulmasından ibarətdir. Hazırda Ermənistan üçün elə bir məsələ yoxdur ki, cəmiyyət yekdil fikirdə olsun. Bir problemdən başqa - Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi İrəvanın fəaliyyəti yarıtmazdır.

Münaqişənin həllinə yanaşmada da fərqlər getdikcə özünü daha çox göstərir. Bir qrup Azərbaycanla dil tapmağın zəruriliyini anlayır. Digərləri isə qətiyyətlə buna qarşı çıxırlar. Hələlik barışmaz mövqedə olanlar çoxluq təşkil edir. Ancaq Ermənistanın dövlət olaraq tənəzzülə uğraması və sonu görünməyən hakimiyyət uğrunda mübarizə isteriyası tamamilə fərqli psixoloji şərait yarada bilər. İndi siyasi səhnədə müşahidə edilən proseslərin analizi bu qənaətin doğruluğuna dəlalət edir.

Ekspertlər hesab edirlər ki, "cəmiyyət üçün gizli təhlükələr yüksək səviyyədədir" və "siyasi böhranın bərpa edilməsi çoxlu sayda faktorlara görə baş verə bilər" (bax: Дмитрий Офицеров-Бельский. Внутриполитические волнения в Армении: что дальше? / РСМД, 21 avqust 2018). Həmin faktorlar sırasında aşağıdakılar vurğulanır:

Birincisi, növbədənkənar seçkilərə hazırlıq siyasi mübahisələr olmadan keçməyəcək ki, bu da seçkinin nəticələri elan olunduqdan sonra münaqişəyə çevrilmə şansına malikdir.

İkincisi, katolikos II Qareginin şəxsiyyəti ilə bağlı yaranmış münaqişəli situasiya təhlükə yaradır. Keşişin istefasını "Yeni Ermənistan - yeni patriarx" hərəkatının nümayəndələri tələb edirlər.

Üçüncüsü, hakimiyyətdə olan koalisiya çox dayanıqsızdır. Haqik Sarukyanın əldə olunan razılığa yenidən baxmağa hazırlaşması praktiki olaraq şübhə doğurmur.

Dördüncüsü, Ermənistanda situasiyanı sabitlikdən çıxaran məsələ Dağlıq Qarabağda hərbi vəziyyətin kəskinləşməsi ola bilər (bax: əvvəlki mənbəyə).

Bu cür daxili ziddiyyətlərin fonunda ölkədə siyasi güclərin palitrası və onlar arasındakı münasibətlərin məzmunu gərginliyin artması ehtimalını xeyli yüksəldir Maraqlıdır ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə sürətlə erməni siyasi mühiti həm parçalandı, həm də ziddiyyətlərin sayı artdı. Bu ona dəlalət edir ki, cəmiyyətdə uzun müddət siyasi ziddiyyətlər mövcud olub və onları yalnız süni yolla ört-basdır etməyə çalışıblar. Əslində isə erməni cəmiyyəti fərqli siyasi düşərgələrə bölünüb.

İndiki mərhələdə siyasi qüvvələrin başlıca olaraq respublikaçılar, hazırkı prezidentin tərəfdarları, H.Sarukyanı müdafiə edənlər və N.Paşinyanın tərəfdarları kimi qruplara bölündüyündən bəhs edirlər (bax: əvvəlki mənbəyə). Bunların hər birinin siyasi gözləntiləri də fərqlidir. Respublikaçılar və prezident tərəfdarları ölkədə daha aydın siyasi dinamikanın yaranmasına ümid edirlər. H.Sarukyanın tərəfdarları daxil olduqları komandaya sadiqlik nümayiş etdirirlər. N.Paşinyanın qrupu isə özünü sığortalamağa və başqa siyasi qüvvələr arasında tərəfdar tapmağa çalışır.

Radikalların aqibəti: qapalı dairə

Daha çox maraq doğuran Nikol Paşinyanın ehtiyatlanması və özünə siyasi tərəfdaş axtarışında olmasıdır. Görünür, N.Paşinyan öz hakimiyyətini saxlamaq və sərt addımlar atmaq üçün xalqın etimadını qazanmaq məsələsindən çəkinir. O, son anda cəmiyyətin bu kimi qeyri-populyar addımları dəstəkləyəcəyinə inanmır. Buna görə də əlavə siyasi baza yaratmağa çalışır.

Başqa səbəb qismində N.Paşinyanın komandasının monolit olmamasını göstərirlər. Əksinə, onlar öz liderləri ətrafında rəqabət mühiti yaradıblar. Belə çıxır ki, N.Paşinyanın öz qrupu arasında qeyri-sağlam rəqabət mühiti yaranıb ki, bunun da hansı nəticələr verə biləcəyi bəlli deyil. Məsələn, artıq məlumdur ki, N.Paşinyan bir sıra tərəfdarları ilə yollarını ayırmaq niyyətindədir. Buna görədir ki, baş nazirin ətrafında olanlardan bəziləri H.Sarukyanla yaxınlaşmağa cəhd edirlər. Deyək ki, S.Mikaelyan "Sarukyan" bloku ilə birlikdə kriminal avtoritet A.Banduryanın həbs cəzasının ləğv edilməsi üçün məhkəməyə müraciət edib.

N.Paşinyanın tərəfdarları sırasında prezident Armen Sarkisyana meyil edənlər də vardır. Onlardan daha çox Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın adı çəkilir (bax: əvvəlki mənbəyə). Ondan başqa, xarici işlər naziri Zöhrab Mnatsakanyanın da prezidentə daha çox yaxın olduğundan yazırlar. A.Sarkisyanın, ümumiyyətlə, erməni diplomatları arasında nüfuzunun yüksək olduğu vurğulanır. Təbii ki, Serj Sarkisyana meyil edən "paşinyançılar"ı müdafiə edənlər də az deyil. Bu səbəbdən deyə bilərik ki, prezident tərəfə keçmək istəyənlərin sayı daha çoxdur.

N.Paşinyanın qrupunda müşahidə edilən bu cür "mərkəzdənqaçma" tendensiyasına səbəb nə ola bilər? Şübhəsiz, burada başlıca səbəb N.Paşinyanın uğursuz daxili və xarici siyasətidir. O, hakimiyyətə gələndə verdiyi sözlərə əməl edə bilmir. Cəmiyyət artıq əmindir ki, N.Paşinyan korrupsiyaya qarşı səmimi mübarizə aparmır. Bu, daha çox simvolik xarakter daşıyır, bir çox hallarda isə uğursuz olur.

Bunun əvəzində açıq görünür ki, N.Paşinyan hakimiyyətinə təhlükə ola biləcək siyasi fiqurları zərərsizləşdirməyə çalışır. Onların sırasında keçmiş prezident Robert Koçaryan da var. Eyni zamanda, S.Sarkisyanın tərəfdarlarının həbsi davam edir. Bu proses R.Koçaryanın siyasi fəaliyyətə qayıtmasına təkan verməkdədir. Artıq Ermənistanda onun tərəfdarları bu barədə danışırlar. Bütün bunlar Ermənistan cəmiyyətində "Qarabağ klanı" ilə mübarizə adı altında dərk edilir. Yəni cəmiyyət faktiki olaraq yerliçilik prinsipi üzrə iki düşərgəyə bölünüb.

N.Paşinyanın mövqeyini laxladan digər faktor xarici siyasətdə getdikcə daha çox hiss edilən qeyri-müəyyənlikdir. Moskva yeni hakimiyyətdən narazıdır. Rusiyalı ekspertlər bunu açıq ifadə edirlər. İki ölkə rəhbərliyinin görüşündən Kremlin məmnun olmadığı vurğulanır (bax: məs., əvvəlki mənbəyə). Digər tərəfdən, ekspertlər Fransanın Ermənistanın siyasi həyatında daha çox təsirə malik ola biləcəyi barədə danışırlar. Payızda Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfəri bu səbəbdən maraq doğurur. Eyni zamanda, Fransa bütövlükdə qlobal geosiyasi proseslərdə fəallığını artırmağa çalışır. Təbii ki, Moskva özünün ənənəvi nüfuz məkanında başqa bir güclü oyunçunu görmək istəməz.

Bundan qaynaqlanan ziddiyyət Ermənistanın siyasi mühitinə təsir edir. Bir sıra siyasətçilər ondan uzaqlaşmağa və ənənəvi Moskva xəttini tutmağa meyillənirlər. Bu proses Rusiyanın Ermənistana təsir rıçaqlarının çox olması fonunda normal görünür. Burada KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı Ermənistanın hazırkı rəhbərliyinin davranışını da unutmaq olmaz. Moskva bu addımı hərbi blokun nüfuzdan salınması kimi qəbul edib.

Bütün bunlardan aydın olur ki, Ermənistanın siyasi səhnəsi qarşıdurmalarla zəngindir. Belə proqnozlaşdırılır ki, seçkidən sonra bütün bu məqamlar daha kəskin şəkildə özünü göstərə bilər. Bu zaman N.Paşinyan öz hakimiyyətini legitimləşdirsə, koalisiya və prezidentlə münasibətləri balanslaşdırsa belə, o, çoxlu sayda güzəştlərə getməlidir. Ancaq N.Paşinyan buna hazırdırmı? Və onun siyasi güzəşt sərhədi haradan keçir? Rusiya nə dərəcədə erməni hakimiyyətinə sərbəstlik verəcək? Bu sualların heç birinin cavabı aydın deyil. Geosiyasi mübarizənin daha da gücləndiyi bir mərhələdə belə bir vəziyyət Ermənistana ciddi problemlər yarada bilər.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb