Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanla sərhəddə yerləşən kənd məktəbindən REPORTAJ VİDEO

Ermənistanla sərhəddə yerləşən kənd məktəbindən  REPORTAJ VİDEO

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür

Qazax, 5 oktyabr, R.Novruzoğlu, AZƏRTAC

Müəllimlik olduqca çətin, eyni zamanda, şərəfli peşədir. Bəzi müəllimlər var ki, bu peşəni bir qədər də çətin şəraitdə davam etdirməli olurlar. Məsələn, ucqar bir kənddə, dağlıq, soyuq bir ərazidə dərs deməli olurlar. Söhbət açacağımız müəllimlərimiz isə Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Qazaxın Quşçu Ayrım kəndində işləyirlər.

AZƏRTAC xəbər verir ki, Quşçu Ayrım kəndi Qazaxın həm ucqar, həm də Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrindən biridir. 2014-cü ildən kənddə yeni orta məktəb tikilərək istifadəyə verilib. Burada hələ inşaat işi aparılarkən də düşmən dəfələrlə məktəbi atəşə tutub. Divarlarda güllə izlərinə də rast gəlmək olur.

Məktəbdə olarkən ibtidai siniflərə dərs deyən Lətif Dünyamalıyevin öz şagirdlərinə və eyni zamanda, peşəsinə necə bağlı olduğunu və necə həvəslə, sevə-sevə dərs keçdiyinin şahidi olduq. Deyir ki, uşaqlıqdan arzusu müəllim işləmək olub. Xüsusən də aşağı sinif şagirdləri ilə işləməyin daha maraqlı olduğunu söyləyir. 23 ildir pedaqoji fəaliyyətlə məşğul olan 56 yaşlı Lətif müəllim təhsildə xidmətlərinə görə dəfələrlə mükafatlandırılıb. Diaqnostik qiymətləndirmədən 49 bal, sertifikasiya imtahanından isə 52 bal toplayıb. “İbtidai sinif müəllimi kimi fəaliyyət göstərirəm. Kəndimiz 3 tərəfdən erməni postunun əhatəsində olmasına, məktəbimizə çoxsaylı düşmən gülləsinin atılmasına baxmayaraq, biz tədrisi heç zaman dayandırmamışıq, dərsləri lazımi qaydada keçmişik. Dərs keçdiyim şagirdlərdən ali məktəbə daxil olanlar da var. 1992-ci ildə tələbə ikən kəndimizin müdafiəsində iştirak etmişəm. İnstitutu bitirdikdən sonra da döyüşlərə qatılmışam. Bu gün də təhsil sahəsində millətimə xidmət edirəm”, - deyə o bildirib.

Lətif müəllim deyir ki, ibtidai sinif müəlliminin kişi, ya da qadın olmasının fərqi yoxdur. Əsas odur ki, peşəyə bağlı olub, onu sevərək tədris edəsən: “Mən hər dəfə dərsdən çıxıb evə gedəndə özümdə bir qürur hiss edirəm. Ona görə ki, hər gün dərsə gündəlik icmal əsasında hazırlıqlı gəlirəm. Şagirdlərimə yazı, hərf öyrətdikcə özümdə böyük sevinc hissi edirəm ki, mən bu gün yazı bilməyən, ünsiyyət qura bilməyən şagirdə nəsə öyrədə bildim. Çünki elə ailələr var ki, risk qrupuna aiddir. Müharibə şəraitində yaşayıblar, psixologiyalarında müəyyən problemlər var, onlarla ünsiyyətə girib, fərdi şəkildə dərs keçib, dərsdən sonra da onlarla maraqlanıram. Çalışıram ki, cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirim”.

Şagirdlər də müəllimlərinin dərslərini hər gün maraqla dinləyir, tapşırıqları yerinə yetirməyə çalışırlar. Onlar da Lətif müəllimi çox sevdiklərini deyirlər. “Lətif müəllim çox yaxşı müəllimdir. Biz onun sayəsində yazıb-oxumağı öyrənmişik”, - deyə 4-cü sinif şagirdi Nuray İsmayılova bildirib.

Pedaqoji kollektiv də Lətif müəllimin olduqca ciddi, tələbkar və savadlı həmkar olduğunu deyirlər. Quşçu Ayrım kənd tam orta məktəbin direktoru Yetər Mustafayeva: “Lətif müəllim məktəbimizin seçilən müəllimlərindəndir. İşinə çox tələbkardır. Ümumiyyətlə, sərhəd kənd olmağın da çətinlikləri var. Xüsusilə, ermənilərlə sərhəddə olmağımıza görə zaman-zaman çox çətin anlar yaşamışıq. Biz belə anların heç birində tədrisdən kənarda qalıb, məktəbi bağlamamışıq. Binamız 2014-cü ildə yeni tikilərək bizə təhvil verilib. Elə binada inşaat işləri gedərkən də dəfələrlə atəşə məruz qalmışıq. Buna baxmayaraq, binamız müasir tələblərə uyğun tikilib istifadəyə verilib”.

Məktəbdə onu da öyrəndik ki, Lətif müəllimlə bərabər, Rəsul müəllim də digər bir ibtidai sinfə dərs keçir. O da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ərazilərimizin bütövlüyü uğrunda savaşda sağ qolunu itirsə də, 22 ildir müəllim kimi bu şərəfli peşəni kənddə davam etdirir, şagirdlərə öz biliklərini aşılayır. Bu şərəfli yolda çətin anlarla da rastlaşıb. “Birdən elə anlar olurdu ki, atəşkəs pozulanda uşaqları ya sığınacaqlara, ya da ən yaxın daldalanacaqlağa yığıb qoruyurduq. Dərs zamanı ermənilər atəş açır, atəşkəsi pozurdu. Gördüyünüz kimi, kəndimizin ərazisində hündürmərtəbəli bina məktəbimizdir. Atəşkəs pozulanda birinci məktəbin binasına, həyətinə iriçaplı pulemyotlardan atəş edirdilər. Binanın divarında, damında güllə izləri hələ də qalmaqdadır. Buna baxmayaraq, işimizi sevə-sevə görmüşük. Hər bir sahənin çətinliyi var. Amma bu sahədə olan çətinliyə çətinlik deməzdim, zəhmət deyərdim. Çünki sonu sevincdir. Həm şagirdlər, həm valideynlər, həm də biz sevinirik”, - deyə Rəsul Nəsibov bildirib.

Barəsində söhbət açdığımız müəllimlərin məzunlarından müxtəlif ali məktəblərə daxil olan, müxtəlif peşələrdə çalışanlar var. Müəllimlər də zəhmətlərinin bəhrəsini gördükcə qürurlanır, həmin məzunların valideynləri qədər sevinirlər. Məhz müəllimlik peşəsinin aliliyi də elə bundadır. Çətinlikləri aşan, zəhmətlərə qatlaşan, cəmiyyət üçün faydalı şəxslərin yetişməsində müəllimlərin əməyi danılmazdır. İstər sərhəd kənddə olsun, istər dağlıq ərazilərdəki yaşayış məntəqələrindəki məktəblərdə, soyuqda və istidə, istər yağışlı, istər günəşli şəraitdə öz şərəfli peşəsini layiqincə davam etdirən kifayət qədər müəllim ordumuz var. Bayramınız mübarək!

Ermənistanla sərhəddə yerləşən kənd məktəbindən  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb, onların vəziyyətləri stabil qiymətləndirilir – YENİLƏNİB 2

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Astanada “AI & Digital Bridge – 2026” forumu keçirilir

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK VİDEO

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu VİDEO

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq