Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erol Rzayev - Boston Filarmoniya orkestrində azərbaycanlı violonçel ifaçısı

Erol Rzayev - Boston Filarmoniya orkestrində azərbaycanlı violonçel ifaçısı

Bakı, 13 dekabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycan istedadları ilə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz azərbaycanlı gənc violonçel ifaçısı, çoxsaylı beynəlxalq və respublika müsabiqə və festivallarının qalibi Erol Rzayevdir. O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) bitirdikdən sonra Longi Musiqi Məktəbinə (Kembric, ABŞ) qəbul olub və hazırda orada təhsil alır. 2024-cü ilin sentyabr ayından azərbaycanlı musiqiçi Boston Filarmoniya Orkestri ilə işləyir. İstedadlı violonçel ifaçısı bundan əvvəl “Tutti” Uşaq Kamera Orkestri (2012-2014), Azərbaycan Dövlət Gənclər Simfoniya Orkestri (2014–2018), Bakı Kamera Orkestri (birinci violonçel, 2018-2024), “Cadenza” orkestrinin (birinci violonçel, 2021–2024) üzvü olub. Həmçinin 2023-cü ildən bu günə kimi Pan-Qafqaz Gənclər Orkestrinin üzvüdür. Erol Rzayev Azərbaycan, Gürcüstan, Türkiyə, Fransa, Almaniya, Belçika və digər ölkələrin konsert salonlarında çıxış edib.

-Erol, musiqi sənətinə necə gəldiniz?

-Düşünürəm ki, məni musiqiyə gətirən yol uşaqlıqdan dünya musiqisinin şah əsərlərini dinləməkdən başlayıb. Evimizdə hər gün musiqi səsləndirilib: bu, muğamdan tutmuş estradaya, Baxdan Berioya, aşıq musiqisindən operaya qədər müxtəlif musiqi əsərləri olub. Yəqin ki, hər gün bu cür əsərləri dinləməyim peşə seçimimə təsir edib. Nəslimizdə peşəkar musiqiçi olmayıb. Ailəmizdə ilk musiqiçi böyük qardaşım olub, Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub. Mənim də musiqiyə gəlməyim 2008-ci ildə daxil olduğum Bülbül adına məktəblə sıx bağlıdır.

-Niyə məhz violonçeli seçdiniz?

-Alim Qasımov və Yo Yo Manın (Çinəsilli amerikalı violonçel ifaçısı - müəllif) çıxış etdiyi “İpək Yolu” festivalı (2006) sayəsində violonçeli seçmişəm. Soruşdum ki, səhnədəki violonçel ifaçısı niyə bizimki deyil? Uşaq səmimiliyi və əminliyi ilə dedim ki, mən violonçel ifaçısı olacağam və həmişə səhnədə çıxış edəcəyəm. Odur ki, öz peşəmi 4 yaşımda seçdim.

Təhsilinizi nə üçün ABŞ-da davam etdirmək qərarına gəldiniz? Oraya qəbul olunmaq çətin deyildimi?

-ABŞ-ı seçməyimin səbəbi, əslində, dostlarımın mənə verdiyi motivasiya oldu və mən qısa zamanda qəbula hazırlaşmağı qərara aldım. İlk cəhdim uğursuz olsa da, ikinci cəhdimdə daha təcrübəli oldum və uğur qazandım. Hazırlıq prosesi bir qədər zəhmət tələb edirdi. O vaxt iki orkestrdə işləyirdim, BMA-da oxuyurdum. Deyə bilərəm ki, repertuar hazırlamaq, video və audioyazılar yaratmaq, dil sertifikatı almaq üçün kurslardan keçmək qəbul prosesinin ən mürəkkəb hissəsi idi.

-Azərbaycan və ABŞ-dakı musiqi təhsili sistemləri arasında paralellər aparsaq, sizcə, onların hər birinin xüsusiyyətləri nədən ibarətdir?

-Azərbaycan və ABŞ-ın təhsil sistemləri arasında ən mühüm fərqlərdən biri fənləri seçmək imkanıdır. Hazırda oxuduğum məktəbdə “kreditlər”ə müəyyən tələblər var (Amerikanın ali təhsil müəssisələri bütün növ akademik işləri hesaba almaq üçün “kredit formullarından” istifadə edirlər - müəllif) və bu “kreditləri” necə seçməyim əsasən məndən asılıdır. Təbii ki, müəyyən vacib fənlər var, amma mənim tədris zamanı qalan hissəni istədiyim kimi fənləri seçib bitirmək imkanım var. Sadə dillə desək, hər kəsin eyni öyrənmə prosesindən keçməli olmaması və fərdi olaraq öz maraq dairəsinə uyğun fənlər seçə bilməsi, fikrimcə, institutumun ən böyük üstünlüyü hesab edilə bilər.

- Hansı müsabiqədə qalib gəldiyinizi və ya iştirak etdiyinizi xüsusilə xatırlayırsınız və niyə?

- 2017/2018-ci tədris ilində mənim üçün ən yaddaqalan məqamlardan biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan III Respublika müsabiqəsində Qran-Pri mükafatını almağım oldu. Bu, nisbətən bir yetkin kimi iştirak etdiyim ilk müsabiqə idi. Müsabiqəyə hazırlıq prosesinin məni bir musiqiçi kimi nə dərəcədə inkişaf etdirdiyini dərk etdim. Bəlkə də bu proses mənim üçün müsabiqənin nəticəsindən daha faydalı və dəyərli oldu. Düşünürəm ki, bunu dərk etmək mənim üçün böyük bir addım idi.

- Azərbaycan bəstəkarlarının əsərlərini xaricdə ifa etdiyiniz olubmu?

- Mən Bakı Kamera Orkestrinin üzvü olanda xarici səfərlərdə tez-tez Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirdik və onların böyük maraqla qarşılandığını həmişə hiss edirdim. Hələ ki solist kimi təcrübəm yoxdur, amma yaxın gələcəkdə ABŞ-da Azərbaycan musiqisinin üstünlük təşkil edəcəyi konsert proqramı hazırlamağı planlaşdırıram. Birləşmiş Ştatlar dünyanın hər yerindən insanların yaşadığı bir ölkə olduğundan, hesab edirəm ki, xalqımızın mədəniyyətini burada təqdim etməyim çox böyük təsir göstərəcək.

- Müxtəlif orkestrlərdə işləməklə bağlı zəngin təcrübəniz var. Siz indi Boston Filarmoniya Orkestrinin üzvüsünüz. Orada özünüzü necə hiss edirsiniz? Kollektivə uyğunlaşmaqda hansı çətinliyiniz oldu?

- Müxtəlif mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq bəzən o qədər də asan olmur. Onlarla necə danışacağınızı, onlara necə yaxınlaşacağınızı bilmirsiniz, bu sizi sıxır, özünüzü narahat hiss edirsiniz. Məncə, bu məsələdə çətinliklərdən biri də budur. Onların musiqiyə yanaşması, orkestrin iş prosesi və s. mənim öyrəşməli olduğum şeylərdən sadəcə bir hissəsidir. Amma onlarla müəyyən münasibət qurmaq və konsertə hazırlıq prosesinin necə getdiyini anlamaq üçün mənə bir neçə məşq kifayət etdi. Dünyanın ən yaxşı salonlarından biri sayılan “Symphony Hall”da çıxışımdan sonra özümü daha inamlı və kollektivə daha yaxın hiss etdim.

- Erol, Azərbaycandan ABŞ-a gələn musiqiçi üçün hansı çətinliklər yarana bilər?

- Deyə bilərəm ki, böyük mədəni fərq və ümumi maraqların olmaması müəyyən çətinliklərə səbəb ola bilər. Onların mədəniyyətini və maraqlarını təhlil etmək və öz şəxsiyyətinizlə yerli icma arasında ortaq nöqtələr tapmaq və ya yaratmaq lazım ola bilər. Burada yeni olsam da, iş haqqında nə düşündüyünüzün çox vaxt gördüyünüz işdən daha vacib olduğunu öyrəndim. İstənilən konsertdə çox yüksək səviyyədə çıxış etmək qeyri-adi deyil, amma insanların ən çox bilmək istədiyi məsələ sizin bu konserti hansı səbəbdən verməyinizdir. Müəyyən dərəcədə düşüncə hərəkətdən daha vacib olur. Azərbaycanlı musiqiçi buna öyrəşmədiyi üçün bu sual müəyyən çətinliklər yarada bilər.

- Bundan sonra hansı istiqamətdə hərəkət etməyi planlaşdırırsınız?

- Planlarıma təhsilimi ABŞ-da, başqa bir məktəbdə davam etdirmək daxildir. Təbii ki, bir violonçel ifaçısı kimi öz işimi daim təkmilləşdirmək istəyirəm. Kamera ansamblında ifa etməyi, miqyasından və nüfuzundan asılı olmayaraq müxtəlif konsert salonlarında auditoriya qarşısında öz fikirlərimi ifadə etməyi, həmkarlarımla birlikdə gördüyüm işdən zövq almağı xəyal edirəm. Ola bilsin ki, sabah oyanım və fikirlərim, xəyallarım dəyişsin. Amma bu günə olan arzularım bunlardır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır