Ərzurumda Avropa Yeniyetmələrinin Olimpiya Festivalının açılış mərasimi keçirilib
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 12-də Türkiyənin Ərzurum şəhərində Avropa Yeniyetmələrinin Olimpiya Festivalının (EYOF) təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla bildirir ki, 34 ölkədən 675 idmançının iştirak etdiyi mərasim rəngarəng və maraqlı görüntülərlə yadda qalıb.
Qeyd edək ki, Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunan festivala Türkiyə ilk dəfədir ki, ev sahibliyi edir.