ƏSGƏRLƏRLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndələri N hərbi hissədə əsgərlərlə görüşmüşlər.
Görüşdə çıxış edənlər zabit və əsgərləri təbrik etmiş, Milli ordunun yaranmasından və keçdiyi yoldan danışmışlar. Çıxışlarda bildirilmişdir ki, müstəqil Azərbaycan Respublikasında Ordu quruculuğu ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlamışdır. Bu iş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Silahlı Qüvvələri regionda ən güclü orduya çevrilmişdir.
Əsgər və zabitlərə bayram sovqatları paylanmışdır.
Tədbir rayon mədəniyyət və turizm idarəsi musiqiçilərinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.