ELM VƏ TƏHSİL
Eşqi Bağırov: Bağçalarda qidalanma ilə bağlı normativ sənədlərdə dəyişikliklər edilməsi nəzərdə tutulur

Bakı, 28 noyabr, AZƏRTAC
Məktəbəqədər təhsil müəssisələrində qida rasionlarının tətbiqi normaları qanunvericiliklə tənzimlənir. Bu normativlərin müəyyən olunmasında aidiyyəti səhiyyə qurumları və bu prosesin, eləcə də iaşə xidmətlərinin təşkili üçün müvafiq qurumlar cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. O bildirib ki, nazirliyin həm səhiyyə, həm qida təhlükəsizliyinə məsul olunan qurumlarla əməkdaşlığı var. Növbəti ilin əvvəlində bağçalarda qidalanma ilə bağlı mövcud normativ sənədlərdə dəyişikliklər edilməsi nəzərdə tutulur.