Estafet yarışlarında Polşanın oğlan, İspaniyanın qız atletləri qalib gəliblər
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-da "EYOF 2019"un atletika yarışlarının sonuncu günündə 1500 metr məsafəyə qaçış və 2000 metr məsafəyə maneələrlə qaçış növündə mükafatçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, estafet üzrə oğlanların yarışında Polşa, İsveç və İspaniya atletləri müvafiq olaraq ilk üçlükdə qərarlaşıblar.
Qızların yarışında isə İspaniya komandası qızıl medal qazanıb. Gümüş medala Yunanıstan, bürünc medala isə İsveçrə idmançıları layiq görülüblər.