Estoniya 2027-ci ildən hərbi xidmət müddətini 12 ayadək uzatmağı planlaşdırır
Bakı, 11 dekabr, AZƏRTAC
Estoniya hökuməti 2027-ci ildən başlayaraq bütün çağırışçılar üçün hərbi xidmət müddətini 12 ayadək uzatmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, ERR dövlət televiziyası bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkurun təklif etdiyi qanun layihəsinə istinadla məlumat yayıb. Sənəddə deyilir ki, ixtisasından asılı olaraq 8 və ya 11 ay xidmət tələb edən mövcud təlim sistemi artıq müasir tələblərə cavab vermir. Belə ki, təlimin həcmi və texniki mürəkkəbliyi artıb, müasir silahlar və idarəetmə sistemləri daxil edilib.
Qeyd edək ki, hazırda Estoniyada ilin əvvəlində və ya yayda başlayan xidmət müddəti 11 ay, payız çağırışçıları üçün isə 8 aydır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]