Estoniyada koronavirusa yoluxanların sayı 1766-ya çatıb
Tallinn, 15 may, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1766-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilir ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 68 min 97 nəfər müayinə olunub.
Məlumata əsasən, son sutka ərzində COVID-19 virusuna görə 975 nəfərdən götürülən analizinin 8-nin nəticəsi müsbət çıxıb.
Ölkədə COVID-19-dan 63 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə 1375 nəfər təşkil edib.
Estoniyada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]