ETİLEN-POLİETİLEN ZAVODUNDA “EP-300” KOMPLEKSİNİN MƏŞƏL QÜLLƏSİNİN TƏMİRİNƏ BAŞLANILMIŞDIR
Bakı, 2 avqust (AZƏRTAC). ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi Etilen-polietilen zavodunun əsaslı təmiri çərçivəsində “EP-300” kompleksinin mühüm qurğularından birində - məşəl qülləsində təmir işlərinə başlamışdır. Birliyin xüsusi diqqət mərkəzində olan bu obyektin təmirinə zavodun təmir-quraşdırma sexinin quraşdırıcı-çilingərlər briqadası cəlb edilmişdir. Kompleksdə gedən texnoloji proseslər zamanı alınan müxtəlif tullantı qazların yandırıldığı məşəl qülləsinin hündürlüyü 125 metrdən artıqdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qüllənin yuxarı hissəsində aparılacaq əsaslı təmir zamanı sıradan çıxmış qazneytrallaşdırıcı buxar borularının hissə-hissə kəsilməsi, yenisi ilə əvəz olunaraq qaynaqlanması, qülləyə verilən buxar itkisinin və bununla da atmosferə atılan yanmamış tullantı qazların qarşısının alınması məqsədi ilə həmin boruların izolyasiyası, qaz və texnoloji xətlərin ayrı-ayrı hissələrinin bərpası, nəqletmə borularının dayaq yerlərinin daha etibarlı bərkidilməsi nəzərdə tutulmuşdur.
Son bir neçə gündə briqadanın üzvləri 12-14 metr uzunluğunda üç köhnə borunu kəsərək, onları yeniləri ilə əvəz etmişlər. Təmir işlərinin elektrik enerjisi ilə fasiləsiz təminatı üçün etibarlı kabel xətti çəkilmiş, qüllənin aşağı hissəsində qaynaq aparatı qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]