Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Eurasia Review”: “Cənub Qaz Dəhlizi: möhtəşəm layihə formalaşma prosesindədir”

“Eurasia Review”: “Cənub Qaz Dəhlizi: möhtəşəm layihə formalaşma prosesindədir”

Vaşinqton, 7 mart, AZƏRTAC

Amerikanın “Eurasia Review” analitik portalında beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Cənub Qaz Dəhlizi: möhtəşəm layihə formalaşma prosesindədir” sərlövhəli məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın strateji maraqları üçün əhəmiyyətindən bəhs edilir. Müəllif yazır ki, hər il qış gələndə Avropa liderlərinin bu qitəyə qaz nəqlinin azaldılacağı barədə narahatlıqları artır. Buna görə də Avropa liderləri qitə üçün qaz mənbələrinin şaxələndirilməsinə yönəlmiş səylərini artırmaq öhdəliyini götürüblər.

Avropa ölkələri qazı əsasən Norveçdən, Şimali Afrikadan və Rusiyadan alırlar. On il bundan əvvəl Avropa komissiyası yeni bir təşəbbüslə - “Enerji təhlükəsizliyi və həmrəylik üzrə fəaliyyət planı” ilə çıxış edib. Bu sənəddə Avropa ölkələrinə qaz idxalının şaxələndirilməsi ilə əlaqədar köməyə prioritet verilib, Cənub Qaz Dəhlizi Avropa İttifaqının yeni siyasətində mühüm elementlərdən biri kimi müəyyən olunub. Ekspert yazır ki, uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu və “Trans-Adriatik” qaz kəmərlərini birləşdirən meqalayihədir. Dünyada ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci ildən etibarən hər il Azərbaycanın qaz yataqlarından hasil edilən 10 milyard kubmetr təbii qaz Avropaya nəql ediləcək. İki fazadan ibarət layihənin başlanğıc mərhələsində bu dəhliz vasitəsilə nəql ediləcək təbii qazın yeganə təchizatçısı Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağıdır.

Məqalədə qeyd edilir ki, ümumilikdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Şərqi Avropa ölkələrindəki istehlakçılara göndəriləcək. BP şirkətinin hesablamalarına görə, bu yataqda təqribən 1,2 trilyon kubmetr təbii qaz və təqribən 2,2 milyard barrel kondensat ehtiyatı var. Lakin Avropa İttifaqı Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Aralıq dənizi bölgələrindəki potensial ixracatçılardan əlavə qaz satışı variantlarını da nəzərdən keçirir. Gözlənildiyi kimi, Avropada artıq 9 alıcı Cənub Qaz Dəhlizi vasitəsilə daxil olan Azərbaycan qazını idxal etmək öhdəliyi götürüb.

Keçən ay Avropa İnvestisiya Bankı “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üçün 1,5 milyard avro məbləğində kredit ayrılması planını bəyənib və beləliklə, bu möhtəşəm layihənin sonuncu hissəsi reallığa çevrilib. Həm Obama administrasiyası, həm də Tramp administrasiyası uzun müddət bu layihəni dəstəkləyib. Prezident Obama 2016-cı ilin iyun ayında Bakıda keçirilmiş illik neft və qaz sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda Cənub Qaz Dəhlizinin Avropada enerji təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayıb. Dövlət katibi Con Kerri isə, öz növbəsində, 2016-cı ilin mart ayında Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ABŞ hökumətinin Cənub Qaz Dəhlizini dəstəklədiyini təsdiq edib. Daha sonra, 2017-ci ilin may ayında prezident Tramp Bakıda keçirilən beynəlxalq neft-qaz sərgisinin iştirakçılarına göndərdiyi məktubda bildirib ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə sadiq qalır və bu layihənin başa çatdırılması üçün Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının səylərini alqışlayır. ABŞ-ın hazırda fəaliyyətdə olan xüsusi elçisi və dövlət departamentində beynəlxalq energetika məsələləri üzrə əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısından sonra keçirilən mətbuat konfransında Ağ Evin mövqeyini bir daha təsdiqləyib.

Teyz ABŞ administrasiyasını fəallıq göstərməyə çağıraraq qeyd edir ki, Tramp administrasiyası bu layihənin həyata keçirilməsində Vaşinqtonun bütün avropalı tərəfdaşlara dəstəyini nümayiş etdirmək üçün əlavə tədbirlər görməlidir. Müəllif yazır ki, ilk növbədə beynəlxalq energetika məsələləri üzrə xüsusi elçi və əlaqələndiricisi vəzifələri mümkün qədər tezliklə tutulmalıdır. Bu, bütün əlaqədar tərəflərə nümayiş etdirərdi ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə dair bu layihə ABŞ üçün strateji əhəmiyyət kəsb edir. İkincisi, dövlət katibi Tillersonun bu il Bakıya səfər etməsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasını təmin etmiş Bill Klinton administrasiyası dövründən bəri ABŞ-ın strateji maraqlarını təsdiqləmiş olardı.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin qorunması və inkişaf strategiyasının formalaşmasında mühüm mərhələ

Şaxlo Abicanova: Orta Dəhliz beynəlxalq logistikanın əsas istiqamətlərindən birinə çevrilib

Dünya çempionatı: Səudiyyə Ərəbistanı və Uruqvay oyununda qalib müəyyənləşməyib

Vens: ABŞ-İran danışıqları dövründə Hörmüz boğazından keçid ödənişsiz olacaq

Ekspert: Heydər Əliyevin 90-cı illərdə qəbul etdiyi qərarlar Azərbaycanın müasir müstəqil xarici siyasətinin təməlini qoyub

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 82 nəfər yaralanıb

CNN: ABŞ-də bombardmançı təyyarənin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Moskvada Cənubi Qafqazda sülh prosesinə dəstəyi bir daha təsdiq edəcək

Meerim Usubaliyeva: Qırğızıstanın logistika şirkətləri Orta Dəhlizdən fəal istifadə edirlər

Milli Qurtuluş Günü və Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir: “Azərbaycanın taleyini dəyişən zəfər tarixi”

Kəbə örtüyü xüsusi mərasimlə dəyişdirilib

Dünya çempionatı: Belçika Misirlə heç-heçə edib

Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti

Liviya sahillərində azı 15 miqrantın meyiti aşkarlanıb

Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirilib

Qaxda savate idman növü üzrə turnir təşkil edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları Tbilisidə konsert proqramı ilə çıxış ediblər

“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək

Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan

Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub

Göyçayda güclü külək fəsadlara yol açıb

Kanadada “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” adlı qısametrajlı sənədli film hazırlanıb

Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır

Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb

İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub

Xankəndi Mədəniyyət Mərkəzində ilk dəfə Milli Qurtuluş Gününə həsr edilən təntənəli konsert olub

Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib

ŞKTC XİN: Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə anırıq

Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb

Şəlalə Kamilova: İqtisadiyyatın strateji əhəmiyyətli sahələrində qadınların iştirakının genişləndirilməsi xüsusi aktuallıq kəsb edir

Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib

İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub

Janna Aydarova: Orta Dəhlizin gələcəyi Qazaxıstanla Azərbaycanın əməkdaşlığından asılıdır

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üçaylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO