“Eurovision-2011” müsabiqəsi qaliblərinin jestinə Türkiyə serialında cavab veriləcəkdir
Bakı, 17 may (AZƏRTAC). Azərbaycanın “Eurovision-2011” təmsilçilərindən biri Nigar Camalın qalibiyyətdən sonra, səhnəyə əlində Türkiyə bayrağı ilə çıxması jestinə qardaş ölkənin ATV kanalında yayımlanan “Yaxşı Cazibe” serialının yaradıcı heyəti də biganə qalmamışdır.
Türkiyədə yaşayan azərbaycanlı aktrisa, adıçəkilən serialın Azərbaycan dili üzrə redaktoru Məlahət Abbasova AZƏRTAC-a bildirmişdir ki, Nigarın Türkiyə bayrağını dalğalandırmasından sonra, serialın yaradıcı heyəti ssenaridə dəyişiklik etməyə qərar vermişdir. Növbəti - 45-ci bölümdə serialın qəhrəmanlarından olan Kamal digər iştirakçılarla birgə “Eurovision” qələbəsini birlikdə böyük sevinclə qeyd edəcək və Azərbaycanın 1,5 metrlik bayrağını dalğalandıracaqlar.
M.Abbasova demişdir ki, filmin yaradıcı heyəti dövlət bayrağımızı əldə etmək üçün Azərbaycanın İstanbuldakı baş konsulluğuna müraciət etmişdir. Konsulluq onların istəyini artıq yerinə yetirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]