“Eurovision-2019” təmsilçimiz Çingiz Mustafayev ikinci məşqini keçirib
Bakı, 12 may, AZƏRTAC
İsraildə keçiriləcək “Eurovision-2019”da Azərbaycanı təmsil edən Çingiz Mustafayev ikinci məşqini uğurla başa vurub.
AZƏRTAC xəbər verir ki, “Expo Təl-Əviv” səhnəsində reallaşan uğurlu məşq çıxışı təmsilçimizlə birgə nümayəndə heyətimizin də böyük ruh yüksəlişinə səbəb olub.
Qeyd edək ki, Çingiz Mustafayev “Eurovision-2019”da İsrailin Təl-Əviv şəhərində ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.