“EYOF 2019”: Atletika yarışlarının sonuncu gününün ilk medalçısı fransalı idmançı olub
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-da “EYOF 2019”un atletika yarışlarının sonuncu günündə 100 metr məsafəyə maneələrlə qaçış üzrə çempion müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarışda fransalı Lea Vendome 13,52 saniyə nəticə ilə qızıl medal qazanıb. Gümüş medala 13,53 saniyə nəticə ilə Almaniya təmsilçisi Franziska Şuster sahib olub. İlk üçlüyü isveçrəli Ditaci Kambundci (13,63) tamamlayıb.