“EYOF Bakı 2019”: Qız həndbolçuların yarışında bürünc medallara Macarıstan idmançıları sahib olublar
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Avropa Festivalının həndbol yarışlarında bürünc medallar uğrunda İsveçrə və Macarıstan komandaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, oyunda 30:20 hesabı ilə qələbə qazanan Macarıstan həndbolçuları festivalın bürünc medallarına sahib olublar. Qızların yarışında 7-8-ci yerlər uğrunda görüşdə meydana çıxan Azərbaycanın həndbolçu qızları sonuncu görüşdə çexiyalı rəqiblərinə uduzublar - 13:42.
Hazırda qızların yarışında Hollandiya və Fransa seçmələri qızıl medal uğrunda qarşılaşırlar. Paralel keçən digər oyunda Azərbaycanın və Serbiyanın oğlan həndbolçuları 7-8-ci yerlər uğrunda meydana çıxıblar.
Festivalın həndbol yarışları Bakı İdman Sarayında və “ABU Arena”da keçirilir.