“EYOF Bakı 2019”un üç təkanla tullanma yarışında kiprli atlet çempion olub
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də XV Avropa Gənclər Olimpiya Festivalının oğlanlar arasında üç təkanla tullanma yarışında kiprli Qriqoris Nikolaou (15,45 m) qızıl medal qazanıb. Rusiya təmsilçisi Vladislav Aleksandrin (15,38 m) ikinci, fransalı Simon Qore (15,33 m) isə üçüncü pillədə qərarlaşıblar.
AZƏRTAC xəbər verir ki, yarışların sonuncu günündə qızlar arasında hündürlüyə tullanma növündə Rusiya atleti Adelina Xalikova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İsveçrə təmsilçisi Marithe Enqondo gümüş, kiprli Stiliana İoannidou (Kipr) isə bürünc medalla kifayətlənməli olublar.